Rahib Qərib (tam adı: Qəribov Rahib Mirzəkərim oğlu; ) — ANS televiziyasının aparıcısı, hərbi telejurnalist, ehtiyatda olan mayor.

Həyatı Rahib Qəribov 3 may 1967-ci ildə Yardımlı rayonunun Dağüzü kəndində anadan olub. M. Ə. Rəsulzadə adına Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Jurnalist fəaliyyətinə Yardımlı rayonunun "Zirvə" qəzetində başlayıb. 1984-cü ildən fasiləsiz olaraq mətbuat sahəsində çalışır. Sabiq sovet ordusu sıralarında xidməti Daxili Qoşunların Uzaq Şərq və Şərqi Sibir dairəsinin "Dalnevostoçnıy çasovoy" qəzeti redaksiyasında keçib. 1992-ci ildə Azərbaycan Dövlət Televiziyasında səhər proqramının aparıcısı, redaktoru vəzifəsində çalışıb.

2025-ci ilin iyununda mübahisə zəmində bir qrup şəxs tərəfindən döyülüb. Ayağı sınıb.

Fəaliyyəti 1993-cü ildən 2010-cu ilə qədər Müdafiə Nazirliyinin sənədli filmlər kino-telestudiyasının baş redaktoru vəzifəsində xidmət keçərək ardıcıl cəbhə bölgələrindən hazırlanan AzTV-də efirə verilən “And” hərbi proqramının müəllifi və aparıcısı olub. Birinci Qarabağ savaşından, onun qəhrəmanlarının döyüş yolundan, ordu quruculuğundan bəhs edən onlarla sənədli filmin müəllifidir. Müharibə veteranı, tanınmış müharibə reportyorudur. Azərbaycanın hərbdən məlumatlı jurnalisti kimi tanınır. 2010-cu ildə Azərbaycan Silahlı Qüvvələri sıralarından ehtiyata buraxıldıqdan sonra ANS-də "Marş" hərbi-vətənpərvərlik proqramının layihə rəhbəri, müəllifi və aparıcısıdır.

Ailəsi Rahib Qərib ailəlidir. Üç övladı var.

Filmoqrafiya 4062-ci metr (film, 2012)

İstinadlar

Xarici keçidlər Rahib Qəribin youtube kanalı MAYIN KƏRAMƏTİ (2017)

Kateqoriya:Yardımlı rayonunda doğulanlar Kateqoriya:Hərbi reportyorlar