Sultan Rüknəddin Firuz (1236)—Müəzzilər dövlətinin sultanı.

Həyatı

Atası Şəmsəddin Eltutmuşun 1236-cı ildə vəfatından sonra taxta əyləşdi. Anası Türkan xatunun köməyi ilə hakimiyyətə gəlsə də, qətiyyən dövlət işlərinə marağı olmamışdır. Əvvəllər Lahor hakimi vəzifəsində çalışmışdı. Onun taxta çıxarılmasından narazı olan əmirləri və qardaşları üsyan qaldırdılar. Əvvəlcə heç nəyə fikir verməyən Firuz şah gününü eyş-işrətlə keçirirdi. Səhərdən axşamacan əyyaşlıqla məşğul olur, xəzinənin pulunu sağ-sola xərcləyirdi. Lakin vəziyyətin ciddiliyini görən Firuz şah qoşun toplayıb qiyamçıların üzərinə gedir. Olduqca bacarıqsız və ürəyiyumşaq olan sultanın ətrafı və qoşun əhlindən bir hissəsi qiyamçıların tərəfinə keçir. Eyni zamanda Dehlidə üsyan qalxır və hakimiyyəti bacısı Raziyə bəyim ələ keçirir.

Sultan Rüknəddin Firuz şah 7 aylıq hakimiyyətdən sonra taxtdan salınır və zindan küncünə atılır. 1236-cı ildə zindanda vəfat edir.

İstinadlar

Həmçinin bax Müəzzilər dövləti

Xarici keçidlər

Kateqoriya:Hökmdarlar Kateqoriya:Hindistan hökmdarları Kateqoriya:Hindistan tarixi Kateqoriya:XIII əsr Asiya hökmdarları Kateqoriya:XIII əsr monarxları