Kaka (; ; tam adı Rikardu İzekson dus Santus Leyti (); — braziliyalı keçmiş futbolçu.

Kakanın futbol karyerası 8 yaşında yerli klubların birində başlayıb. Uşaqkən tennis ilə məşğul olub"Kaká:in Profile" . FIFA. 26 June 2009., amma San-Paulu futbol komandası ilə 15 yaşlılar üçün nəzərdə tutulmuş müqaviləni bağlayandan sonra, o, futbolu gələcək sənəti seçdi. 2003-cü ildə İtaliyanın Milan klubu 8,5 milyon avro müqabilində onu transfer etdi. Milandaki karyerası ərzində İtaliya A Seriyasını və Çempionlar Liqasını qazanmışdır, 2007-ci ildə o, FİFA-nın İlin Oyunçusu və Ballon d'Or mükafatlarını almışdır. Milandaki uğurlu çıxışından sonra Kaka 65 miliyon avro müqabilində Real Madridə keçdi."Kaka completes Real Madrid switch" . BBC. 9 June 2009. O vaxt üçün bu futbol tarixinin ən bahalı (avro) ikinci transferi idi, yalnız 75 milyonluq Zinəddin Zidandan geridə qalırdı. İspaniyada dörd mövsümdən sonra Kaka 2013-cü ildə bir sezonluq Milana qayıtdı və Milanın formasında özünün 100-cü qolunu vurmağa bacardı. 2013–14 mövsümünün sonunda o, ABŞ klubu Orlando Sitiyə keçdi, amma ABŞ-də yeni mövsümün hələ başlamamasına görə, icarə əsasında keçmiş klubu San-Pauluya qayıtdı. 2015-ci ildə o, Orlandoda oynadığı debüt oyununda ilk qolunu vura biilmişdi; sonradan o, "2015 ABŞ çempionatının ulduz komandasının" heyətinə salınmışdı, orada ona Ən Dəyərli Oyunçu adını vermişdilər.

Beynəlxalq səviyyədə Kaka Braziliya millisində 2002-ci ildə debüt etdi və həmin il Dünya Çempionatında qalib gələn heyətin üzvlərindən idi, o, 2006 və 2010-cu illərdə də millisi ilə Dünya Çempionatında iştirak etmişdir. 2005 və 2009-cu illərdə Konfederasiya Kubokunu udan Braziliya millisinin heyətində idi. 2009-cu ilki Konfederasiya Kubokunun ən yaxşı oyunçusu seçilmişdir.

Bacarıqlı oyunu ilə əlavə Kaka humanitar fəaliyyəti ilə tanınır. 2004-cü ildə Kaka BMT-nin Ümumdünya Ərzaq Proqramının ən gənc səfiri oldu."Soccer star Kaká puts the floodlights on global hunger" (Press release). World Food Programme. 30 November 2004. Retrieved 15 June 2010. Meydanda və onun kənarında töhfələrinə görə Kaka 2008 və 2009-cu illərdə Time jurnalının "Dünyanın 100 ən nüfuzlu adamları" siyahısında yer almışdır."Kaka profile" . Goal.com. Retrieved 28 June 2014 Kaka Twitter sosial şəbəkəsində 10 milyon abunəçi yığan ilk idmançı olmuşdur."Kaka to Be World's First Athlete with 10 Million Twitter Followers" Mashable

İlk illəri Rikardo İzekson dos Santos Leyte Brazilyanın Qama federal dairəsində anadan olub, atası Bosko İzekson Pereyra Leyte inşaat mühəndisi kimi çalışırdı, anası Simona dos Santos isə ibtidai məktəb müəllimi kimi fəaliyyət göstərirdi.(Portuqal) Istoé Gente, Kaká vira fera ,  Maddi imkanı yaxşı olduğundan o, həm məktəbə, həm də futbola lazımi qədər diqqət yetirə bilirdi."Soccer-Fans-Info" . Soccer-Fans-Info. 22 April 1982. Onun kiçik qardaşı uşaqlıqda "Rikardo" adını təlləfüz edə bilmədiyi üçün, ona "Caca" deyirdi. Sonda isə bu ad Kaká oldu.Mitten, Andy (4 June 2006). "The golden boy of a golden team" . The Independent. London Bu sözün portuqal dillindən konkret tərcüməsi yoxdu.Soldo, Ivan (6 August 2010). "Kaka: 10 Facts You Should Know" . Bleacher Report. 

7 yaşında ailəsi ilə birlikdə San-Paulu şəhərinə köçmüşdür.FIFA Classic Football Archived 7 iyun2008 at the Wayback Machine. Oxuduğu məktəb Kakanı "Alfavill" adlı yerli gənclər klubuna yerləşdirdi. Bu klub yerli turnirin final mərhələsinə keçə bilmişdi."Kaka Biography (Portuguese)" . Kakamania.br.tripod.com. Orada San Paulu klubunun skautları onu gənclər futbol akademiyasına dəvət etdilər."Biography – fantasticoakaka.it (Italian)" . Fantasticokaka.it.

Kaka 18 yaşında hovuza uğursuz düşməsi nəticəsində onurğa sütunundan ağır zədə aldı. Bu hadisə nəyinki onun idman karyerasını yarımçıq saxlaya bilərdi, həm də ömürlük əlil arabasında qalmağına səbəb olardı,v-brazil.com" . v-brazil.comHughes, Rob (1 December 2004). "Soccer: Kaka able to see beyond dollar signs" . International Herald Tribune. amma o, gözləniləndən tez tam sağala bildi. Kaka sağalmasını Tanrının müdaxiləsi nəticəsində baş verdiyini düşünür və o vaxtdan dindar olub. Igreja Renascer em Cristo (Mesih Kilsəsində dirçəliş) adlı kilsəyə öz gəlirlərinin onda bir hissəsini verirdi.Kaka able to see beyond dollar signs  (ing.) (link işləmir — arxiv). World Food Programme Official site. 2010-cu ilin dekabrında kilsə qurucuları Estevam və Soniya Ernandesin vergi ödəməkdən yayındıqları üçün həbs cəzası almaları və 7 nəfərin ölümünə səbəb olmuş kilsə tavanın dağılmasından sonra, Kaka həyat yoldaşı ilə birlikdə bu kilsəni tərk etdi.Кака разорвал отношения с церковью Воскресения Христова (rus) Championat

Klub karyerası

San Paulu Kaka futbolçu karyerasına 8 yaşında San-Paulu klubunda başladı. 15 yaşında komanda ilə müqavilə imzaladı və San-Paulunun gənclər komandası ilə birlikdə Copa de Juvenil adlı turnirdə uğur qazandı. O, əsas komandanın heyətində 1 fevral 2001-ci ildə 18 yaşında ilk dəfə çıxış etdi və 27 oyuna 12 qol vura bildi, üstəlik Rio-San-Paulu çempionatının finalı zamanı Botafoqoya qarşı oynununda əvəzetmədən sonra iki dəqiqə ərzində iki qol vurdu və komandasının 2–1 qalibiyyətinə önəmli töhfə verdi

Növbəti mövsümdə o, 22 oyuna 10 qol vura bildi və tezliklə o andan sonra Kaka Avropa klublarının diqqətini cəlb etməyi bacardı.Vicente, Emerson. "Sao Paulo to sell Kaka ". Sky Sports Kaka ümümlikdə San-Pauluda toplam olaraq 58 oyun keçirtdi və 23 qol vurdu.

Milan Avropadan Kakaya olan davamlı maraq onun 2003-cü ildə UEFA Çempionlar Liqasının qalibi Milanla müqavilə imzalanması ilə başa çatmışdır, bu transferə görə İtaliya klubu €8,5 milyon ödəməli oldu, sonradan komandanın prezidenti Silvio Berluskoni bu keçidi "yerfındığı" (məna: tum pulu) kimi təsvir etmişdir.Brown, Oliver (16 yanvar 2009). "Heaven sent, with the T-shirt to prove it" . The Sydney Morning Herald Bir ay ərzində o, start heyətin üzvü olmağa nail oldu. O, heyətin hücumameylli pleymeyker yarımmüdafiəçi mövqeyində Rui Koştanı əvəz etdi və Yon Dal Tomasson, Filipo İnzaqi və Andrey Şevçenko kimi hücumçuların arxasında oynayırdı. Onun Seriya A debütu Ankona üzərində 2–0 qələbə ilə başa çatmışdır. O mövsüm Kaka 30 oyuna on qol vurdu, həmçinin bir neçə mühüm məhsuldar ötürmələr etmişdir. Bundan başqa Kaka ilk ilindəcə Milanla birgə Skudettonu və UEFA Superkubokunu qazandı, Qitələrarası Kuboku və İtaliya Superkubokunun isə finalına qədər irəlliyə bilmişdir. Milan həm də İtaliya Kubokunun yarımfinalında Latsioya (həmən ilki turnirin qalibi) uduzmuşdur və Çempionlar Liqasını Deportivo La-Korunyaya məğlub olaraq dörddəbir final mərhələsindən tərk etmişdi. İlk mövsümündəki çıxışılarına görə Kaka 2004-cü ildə Seria A İlin Futbolçusu adına layiq görülmüşdür, və həm Qızıl top (sonda 15-ci yeri tutdu), həm də FİFA ilin oyunçusu (sonda 10-cu yeri tutdu) mükafatına namizəd edilmişdir.

Kaka 2004–05 mövsümündə, bir qayda olaraq, hücumçu Şevçenkonun arxasında oynayırdı və beş nəfərdən (Cennaro Qattuzo, Klarens Zidorf, Andrea Pirlo və Rui Koşta) ibarət yarımmüdafiənin hissəsi idi. Bu beşlik İtaliyanın və Avropanın ən güclü yarımmüdafiə tandeminə çevrilmişdi. Milan mövsümə İtaliya Superkubokunda Latsio üzərində qələbə çalmaqla başlamışdır. O, çempionatın 36 oyununda yeddi top vurmuş və komandası ilə Skudettoda 2-ci olmağı bacarmışdı. Milan həmin mövsümdə İtaliya Kubokunun 1/4 final mərhələsinə qədər gələ bilmişdi. Həmçinin, Kaka klubunun 2004–05 Çempionlar Liqasında Liverpula qarşı finala çıxmaq üçün mühüm işlər gördü, ümumilikdə həmin mövsümdə iki qol vurmuşdu və beş məhsuldar ötürmə etmişdi. Tarixə "İstanbul möcüzəsi" kimi yazılan oyunda birinci hissədən sonra hesab 3:0 Milanın xeyrinə idi, ta ki ikinci hissədə Liverpul altı dəqiqə ərzində 3 qol vurub geridönüş edənə qədər. Nəticədə Liverpul penalti seriyasından sonra 3–2 hesabı ilə qalib gəldi."Games of the decade: 2005 UEFA Champions League Final: The Miracle of Istanbul" . ESPN Oyun isə haqlı olaraq turnirin tarixində ən möhtəşəm finallardan sayılır. Kaka birinci hissədə parlaq oyun sərgilədi, ilk öncə erkən cərimə zərbəsi qazandı və bu, Paolo Maldininin qol vurması ilə nəticələndi, sonra Ernan Kresponun gecə ərzində birinci, Milanın isə ikinci qolu ilə başa çatan hücumu başlatdı və nəhayət Liverpulun müdafiəsini yaran və düz Kresponun önünə mükəmməlcəsinə verilən uzun ötürməsindən sonra Milan 3-cü qolunu vurdu.Bailey, Graeme (25 may 2005). "Reds take European crown" . Sky Sports. McCarra, Kevin (26 may 2005) "Grit, spirit and the ultimate glory" . The Guardian. 

"Real Madrid" 2009-cu il iyunun 3-də "Football Italia" bildirdi ki, "Real Madrid"in yeni seçilmiş prezidenti Florentino Perez Kaka üçün "Milan"a 68,5 € dəyərində təklif göndərib. "Milan"ın vitse-prezidenti Adriano Qalliani təklifi təsdiq etmirdi və bildirmişdi ki, o və Kakanın atası La Volpe ilə görüşmək üçün Mexikoya yollanmışdılar. "Biz nahar etdik və Kaka barədə də danışdıq. Mən bunu inkar etmirəm. Danışıqlar aparılır, lakin sövdələşmə indiyədək tamamlanmayıb". 4 iyunda Qalliani Gazzetta dello Sport jurnalına bildirmişdi ki, danışıqlar maliyyə səbəbi ilə bağlıdır. "Biz "Milana"a 70 milyon avro itirməyə imkan verə bilmərik. Kakanın transfer olunmağının əsas səbəbi maliyyə problemidir". İyunun 8-də "Milan" və "Real" Madrid" Kakanın keçidi haqqında razılığa gəldilər. İspaniya klubu Kaka ilə 6 illik müqavilə bağladı.

Kaka 2009-cu il avqustun 7-də "Toronto"ya qarşı oyunda debüt etdi, oyun "Real"ın 5:1 hesablı qələbəsi ilə bitmişdir. "Real"ın heyətində ilk qolunu 19 avqust 2009-cu ildə mövsüm qabağı təlim-toplantıda "Borussiya Dortmund"da qarşı oyunda vurdu. 2009-cu il avqustun 29-da "Deportivo"ya qarşı oyunda La Liqada debüt etdi. Rəsmi oyunlarda ilk qolunu beşinci turda "Vilyarreal"ın qapısına vurdu.

5 avqust 2010-cu ildə elan edildi ki, Kaka zədələnib və meydana bir daha gələn il çıxa biləcək

Kaka 8 aylıq fasilədən sonra "Xetafe"yə qarşı matçda meydana qayıtdı, 2011-ci ilin 3 yanvar tarixində keçirilən o oyunda 77-ci dəqiqədə Kərim Benzemanı əvəz etdi. "Mən çox şadam ki, oyuna qayıtdım və meydana yenidən addım atdım". 2011-ci il yanvarın 9-da o, "Vilyareal"la keçirilən oyunda Kriştiano Ronaldonun ötürməsi ilə zədədən sağaldıqdan sonra ilk qolunu vurdu, bu qol həmçinin yeni mövsümdə ilk qolu idi.

2011-ci ilin martında Kaka yenidən zədələndi və bu səbədən bir neçə həftə oyunlarda iştirak etmədi. Zədədən sonra çıxdığı ilk oyun "Valensiya"ya qarşı oldu, həmən oyunda 2 qolun müəllifi oldu. "Real"da keçirtdiyi ikinci mövsümünün sonunda o, komanda ilə birgə İspaniya kubokunu qazandı.

2011-ci il sentyabrın 27-də "Ayaks"a qarşı oyunda Kaka "Real Madrid"in heyətində ən yaxşı oyunlarından birini keçirtdi. 3:0 Realın xeyrinə bitən qarşılaşmada Rikardo qol və məhsuldar ötürmə ilə yadda qaldı. O, bu matçda Özili, Ronaldonu, Benzemanı topla təmin edərək, komandanın hücumlarının əsas "qurucularından" biri idi. Sonradan o, Çempionlar Liqasının bu turunun ən yaxşı oyunçusu seçildı.

Bu onun klubda ən uğurlu mövsümü idi. "Real Madrid" La Liqanı rekord 100 xal toplayaraq, çempionluq qazandı. "Əflatun bəyazlılar" Çempionlar Liqasının yarımfinal mərhələsində dayandılar, Kaka isə 5 ötürmə ilə ən yaxşı assistentlərdən biri oldu.

2012-ci ilin avqustunda "Milan" klubunun rəhbərliyi braziliyalı ulduzu qaytarmağa cəhd etdi, lakin klublar razılığa gələ bilmədilər.

"Milan"a qayıdışı 2 sentyabr 2013-cü ildə transfer pəncərəsinin son günündə Kaka "Milan"la iki il müddətinə müqavilə imzalayaraq, dörd ildən sonra köhnə klubuna qayıtdı.

Sentyabrın 14-də "Milan"a qayıtdıqdan sonra ilk oyununa çıxdı, lakin zədə alaraq bir ay müddətində oynamadı.

Oktyabrın 30-da İtaliyaya qayıtdıqdan sonra braziliyalı "Latsio"ya qarşı keçirilən oyunda ilk qolunu vurdu.