Juqderdemidiyn Qurraqça (; , ) — kosmosa uçuş etmiş ilk monqol və ikinci asiyalı. O, 2000–2004-cü illər arasında Monqolustanın Müdafiə naziri olmuşdur.

Erkən həyatı və kosmonavtika Juqderdemidiyn Qurraqça 1947-ci il, 5 dekabr tarixində Monqolustanın şimalında yerləşən Qurbanbulaq bölgəsində anadan olmuşdur. Ulan-Batorda kosmik mühəndislik üzrə təhsil aldıqdan sonra hərbi hava qüvvələrinə qoşulmuş və general-mayor rütbəsinə kimi yüksəlmişdir.

1978-ci ilin, 1 martında səkkizinci "Interkosmos" layihəsinə üzv seçilmişdir. O, Maydarjavin Qanzoriqin əvəzetməsi idi. Qanzoriqin gedə bilməməsi səbəbilə proqramda Qurraqça iştirak etmişdir. Sovet kosmonavtı Vladimir Canibekov ilə birlikdə Beykonur kosmodromundan 22 mart, 1981-ci il tarixində Salyut 6 kosmik aparatı ilə orbitə çatdılar. Canibekov və Qurraqça orada bir sıra təcrübə apardılar. Kosmosda 7 gün, 20 saat, 42 dəqiqə qaldıqdan sonra onlar Qazaxıstanın Jezkazqan şəhərinə eniş etdilər.

Uçuşdan sonra 1981-ci ilin 30 martında Juqderdemidiyn Qurraqça Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Biography at the website on Heroes of the Soviet Union and Russia Ulan-Batorun cənubunda yerləşən, Rusiya-Monqolustan dostluğunun şərəfinə ucaldılmış "Zaysan" memorialının divarında Qurraqçanın 1981-ci il kosmik uçuşundan görüntülər öz əksini tapmışdır.

Müdafiə naziri olmamışdan qabaq o, Monqolustan Silahlı Qüvvələrinin hava müdafiəsinin qərargahının rəisi vəzifəsində çalışmışdır. Hal-hazırda evlidir və 2 övladı var.

İstinadlar

Xarici keçidlər Bioqrafiya Zaysan meorialında Quraqça paneli

Kateqoriya:Monqolustan kosmonavtları