Valeh Seyfulla oğlu Kərimov () — Azərbaycan aktyoru, Azərbaycan Respublikasının xalq artisti (2000). Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2005)

Həyatı Valeh Kərimov 1944-cü il mart ayının 20-də İranın Şərqi Azərbaycan ostanının Miyana şəhərində dünyaya gəlib. 1969-cu ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyoru fakültəsini bitirdikdən sonra öz aktyor taleyini həmişəlik olaraq Sumqayıt Teatrı ilə bağlayıb. Bu teatrda 70-ə yaxın obraz yaradıb, rejissor kimi bir neçə tamaşaya quruluş verib.

1990-cı ildən Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür. 1990-cı ildə "Azərbaycan SSR Əməkdar artisti", 2000-ci ildə isə "Azərbaycan Respublikasının Xalq artisti" fəxri adına, həmçinin Prezident mükafatına layiq görülüb. 2005 ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

2015-ci ildən başlayaraq Gəncə Dövlət Dram Teatrında aktyor və rejissor kimi fəaliyyət göstərib.

4 iyun 2020-ci ildə "Vaqif Səmədoğlu" medalı ilə təltif edilmişdir.

2023-cü ilin mart ayında Mingəçevir Dövlət Dram Teatrında aktyor və quruluşçu rejissor kimi işə başlayıb.

Ailəsi Atası Məhərrəm Danayi Azərbaycan Milli Hökuməti dövründə Azərbaycan Milli Məclisinə keçirilən seçkilərdə Əhərdən nümayəndə seçilib. AMH süqut etdikdən sonra Azərbaycana köçüb. Təqib olunmamaq üçün özünə Seyfulla Kərimov adını götürüb.

Loğman Kərimovun qardaşıdır. Həyat yoldaşı Zöhrə Bayram qızı Kərimova Sumqayıt şəhərindəki 20 saylı "Göy qurşağı" uşaq bağçasının müdirəsi olmuş, 30 may 2016-cı ildə vəfat etmişdir.Sumqayıtın bağça müdiri dünyasını dəyişdi . xeberle.com, 31.05.2016

Əsas rolları Sumqayıt Dövlət Dram Teatrı

oynadığı rollar Müsyo Jordan və dərviş Məstəli şah (M. F. Axundov) — qonaq Sevil (C. Cabbarlı) — Balaş Yadındamı? (A. Məmmədov) — Zaur Müsibəti Fəxrəddin (N.b. Vəzirov) — Fəxrəddin Toy (S. Rəhman) — Surxay Nəsrəddin (Y. Əzimzadə) — Nəsrəddin Elbrus evlənir (G. Xuqayev) — Elbrus; Albadam Ülviyyə (R. İsmayılov) — Qədim Tamahkar (S. S. Axundov) — Hacı Murad Komsomol poeması (İ. Coşğun) — Gəray bəy Skapenin kələkləri (Molyer) — Silvestr Demoklisin qılıncı (N. Hikmət) — komisyonçu Adamın adamı (Anar) — İbiş İbişli Maskarad (M. Lermontov) — Sprixt Vəfalı Səriyyə (C. Cabbarlı) — Məhərrəm Müfəttiş (N. Qoqol) — Xlestakov Lənkəran xanının vəziri (M. F. Axundov) — vəzir Bəxt üzüyü (V. Səmədoğlu) — Moşu Bir gecəlik ər (R. N. Güntəkin) — Hilmi Hamlet (mono-tamaşa; V. Şekspir) — Hamlet Qarışqa yuvası (Ə. Qiyas) — Qafar Mənim ağ göyərçinim (T. Vəliyeva) — hərbçi

quruluş verdiyi tamaşalar Tamahkar (S. S. Axundov) — 10.02.1974 / 25.04.1993 Gəl qohum olaq (İ. Məlikzadə) — 08.12.1997 Sehrli yaylıq (K. Həsənov) — 22.03.2000 Lotereya (M. Moyame) — 02.04.2003.

Filmoqrafiya Anlamaq istəyirəm (film, 1980) — rol: iclas iştirakçısı Bağdada putyovka var... (film, 2000) — rol: Qürbət Balqabaq (film, 2007) Bəxt üzüyü (film, 1991) — Moşu Göyəzənli Gəl qohum olaq (film, 2001) Milli bomba (film, 2004) — rol: Məmmədin atası Hərənin öz payı+tayı (film, 2006) — rol: Seyfi Mən sənin dayınam (film, 2001) Pəncərə (film, 1991) Yerlə göy arasında (film, 1999) 100 kağız (film, 2015) Ölülər XXI əsr (film, 2016) Bəxt üzüyü 2 (film, 2017) — Moşu Göyəzənli

İstinadlar

Ədəbiyyat

Xarici keçidlər "Şəxsi əşyalar" verilişinin qonağı xalq artisti Valeh Kərimovdur — Vasif Ayanın müəllif layihəsi, YouTube Mingəçevir Dövlət Dram teatrında yeni premyera — FOTOLAR

Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Azərbaycan Respublikasının xalq artistləri Kateqoriya:Vaqif Səmədoğlu medalı ilə təltif olunanlar Kateqoriya:İran azərbaycanlıları Kateqoriya:Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunları Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri Kateqoriya:XXI əsr Azərbaycan aktyorları