Almaz Adı qızı Qaffarova () — Ağsu Rayon Partiya Komitəsinin birinci katibi
Həyatı 1942-ci ilin 6 yanvarında Zaqatala şəhərində anadan olub. Zaqatala şəhər 2 saylı orta məktəbini, M.F.Axundov adına Rus dili və ədəbiyyatı institutunu, Sov.İKP MK yanında Ali Partiya Məktəbini fərqlənmə diplomu ilə bitirmişdir.
17 oktyabr 2005-ci ildə vəfat etmişdir
Kariyerası 1962–1967 — Zaqatala rayonunun məktəblərində müəllim, "Qırmızı bayraq" rayon qəzetində əməkdaş; 1967–1969 — Azərbaycan LKGİ Zaqatala RK II katibi; 1969–1973 — Azərbaycan LKGİ Zaqatala RK I katibi; 1973–1978 — Azərbaycan KP Vartaşen RK katibi; 1978–1979 — Azərbaycan KP Qasım İsmayılov RK II katibi; 1979–1980 — Bakı Ali Partiya məktəbində laboratoriya müdiri; 1980–1983 — Azərbaycan KP MK-da sektor müdiri, inspektor; 1983–1990 — Azərbaycan KP Ağsu RK I katibi; 1990–1992 — Azərbaycan KP MK yanında Rəhbər Partiya və Sovet orqanları işçilərinin ixtisasartırma kurrslarının direktoru; 1993–2003 — Azərbaycan RP İdarəetmə Akademiyasında müəllim;
İstinadlar
Kateqoriya:Azərbaycan Kommunist Partiyası rayon komitələrinin ikinci katibləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Ağsu Rayon Komitəsinin birinci katibləri Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatları