Ağadadaş Hacıbala oğlu Dadaşov () — bəstəkar, tarzən, Azərbaycan Respublikasının xalq artisti (2008).
Həyatı 1950–1954-cü illərdə Asəf Zeynallı adına Orta ixtisas musiqi məktəbində tar ifaçısı kimi püxtələşərək, tanınmış pedaqoq, bir sıra mahnı və pyeslərin müəllifi Adil Gərayın tar məktəbini keçir. Dadaş Dadaşov məktəbdə oxuduğu illərdə ən istedadlı tar ifaçıları sırasında olmuş, 1963-cü ilədək Azərbaycan Televiziya və Radio Komitəsi nəzdindəki Xalq Çalğı Alətləri Orkestrində fəaliyyət göstərmişdir. 1958–1963-cü illərdə Cövdət Hacıyevin bəstəkarlıq sinfində təhsilini davam etdirir. Bəstəkar 2005-ci ildə Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi, 2008-ci ildə Respublikanın Xalq Artisti adına layiq görülmüşdür.
Əsərləri Vokal əsərləri Ə. Cavadın sözlərinə iki romans (1996) Rəsul Rzanın sözlərinə "Rənglər" vokal silsiləsi (1985) A. İldırım, B. Vahabzadə, Y. Həsənbəy və b. şairlərin sözlərinə mahnılar (1990–2001).
İnstrumental əsərləri Cövdət Hacıyevə ithaf olunmuş fortepiano üçün 12 prelüd (1977–1978) Qanun və piano üçün poema (1996) Simli trio (1986) Simli kvartet üçün poema (1990) Tar və piano, kamança və piano, qanun və piano üçün pyeslər (1990–2001).
Orkestr üçün Xalq çalğı alətləri orkestri üçün 5 saylı süita (1993) Böyük Vətən Müharibəsində həlak olmuş azərbaycanlılara ithaf 1 saylı Simfoniya Simli orkestr üçün 2 saylı simfoniya (1995) Nəfəsli orkestr üçün "Zəfər marşı" (1996) Nəfəsli orkestr üçün "Təyyarəçilər marşı" (1998) Qanun və simfonik orkestr üçün Konsert (2009)
Ədəbiyyat Azəri, L. Bəstəkar ömrünün naxışları: [Xalq artistinin yubileyinə həsr olunmuş musiqi festivalı haqqında] //Mədəniyyət.- 2015.- 9 dekabr.- S.11. Azəri, L. Vətənə sevgidən yaranan musiqi əsərləri: Xalq artisti Dadaş Dadaşovun 80 illiyinə həsr olunmuş musiqi festivalı //Mədəniyyət.- 2015.- 4 dekabr.- S.4. Xalq Artisti Dadaş Dadaşovun 80 illiyinə həsr olunmuş musiqi festivalı keçiriləcək //Mövqe.- 2015.- 2015.- 3 dekabr.- S.4.
İstinadlar
Video Günel Adıgözəlova — "Qanun və simfonik orkestr üçün Konsert" I hissə
Kateqoriya:Azərbaycan bəstəkarları Kateqoriya:Azərbaycanlı bəstəkarlar Kateqoriya:1935-ci ildə doğulanlar Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri