Şövkət Şahbaz qızı Səlimova () — iqtisad elmləri namizədi (1964);Qadın gəmi kapitanı Azərbaycan vətəndaşı Şövkət Səlimova Qadın gəmi kapitanı; İkinci dünya müharibəsi dövründə dünyada iki qadın gəmi kapitanından biri olmuşdur.Şövkət Səlimova qadin.net saytında

Həyatı Səlimova Şövkət Şahbaz qızı 25 dekabr 1920-ci ildə İsmayıllı rayonunun Lahıc kəndində anadan olmuşdur.

1940-cı ildə Bakı Dənizçilik məktəbini bitirmişdir.

1999-cu ildə Bakı şəhərində vəfat etmişdir.

Ailəsi Neftçi ailəsində böyümüş və 10 uşaqdan ən böyüyü olmuşdur.

Müharibə illəri İkinci dünya müharibəsi illərində Xəzər gəmiçiliyi idarəsində gəmi kapitanı müavini və gəmi kapitanı işləmişdir. Müharibə illərində Aralıq, Mərmərə, Egey və Qara dəniz limanlarına qədər gedib çıxmışdı. Gəmi ilə neft, silah daşınmasında böyük əməyi olmuşdur.

Elmi-pedaqoji fəaliyyəti 1954–1974-cü illərdə Azərbaycan Dövlət Neft və Kimya İnstitutunda siyasi iqtisad kafedrasının dosenti, tərbiyə üzrə prorektor və kafedra müdiri, 1974–1989-cu illərdə Azərbaycan Dövlət Konservatoriyasında ictimai elmlər kafedrasının müdiri vəzifəsində işləmişdirİctimai elmlər kafedrası .

1964-cü ildə iqtisad elmləri namizədi alimlik dərəcəsini almışdır.

Mükafatları "Azərbaycan SSR əməkdar iqtisadçısı" fəxri adı — 1971 "Qırmızı Ulduz" ordeni 2-ci dərəcəli "Vətən müharibəsi" ordeni "Qafqazın müdafiəsinə görə" medalı "1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı

İrsi 2025-ci ilin oktaybrında "Şövkət" filmi təqdim olunub.

Səyahətqrafiya + Ça.illər Gemi İllər Ölkə Rol Qeyd1935 Şövkət Kapitan 1940 ŞövkətKapitan1941 ŞövkətKapitan 1982 Şövkət Kapitan 1992ŞövkətKapitan 1994 Şövkət Kapitan 1996 Şövkət Kapitan

İstinadlar

Kateqoriya:Azərbaycan dənizçiləri Kateqoriya:Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin müəllimləri Kateqoriya:Azərbaycanda qadın ilkləri