Byanka Balti (; ) — məşhur italyan model.
Karyera Balti ilk dəfə Alexi Lubomirski tərəfindən L'Officiel jurnalının örtüyünə çəkilmişdir. İlk diqqətəlayiq reklam kampaniyası Dolce & Gabbana ilə bağlıdır. Vogue, Harper's Bazaar, W, Cosmopolitan və Marie Claire, habelə kişi Playboy jurnalları daxil olmaqla bir çox moda jurnalının üz qabığında çəkilib. Onun tərəf müqabillərinə Roberto Cavalli, Donna Karan, Christian Dior, D&G, Valentino, Armani Jeans, Missoni, Rolex, Guess, Paco Rabanne, Anna Molinari, Guerlain, Revlon, La Perla, Cesare Paciotti, Mango və Thierry Mugler daxildir.
O, həmçinin Victoria's Secret Fashion Show 2005-də və onların kataloqlarında yer alıb.
Şəxsi Həyatı Balti Lombardiya əyalətinin Lodi şəhərinddə bir italyan ata Bruno Balti və anası Mariabice Marzani'nin ailəsində dünyaya göz açıb. Balti italyan fotoqraf Kristian Lucidi ilə evlənib və 2007-ci ildə Matilde adlı qızları dünyaya gəlib. Cütlük 2010-cu ildə boşanıb. 2015-ci ildə Balti ikinci dəfə ana oldu və qızına Mia adı verib.
İstinadlar
Kateqoriya:İtaliya şəxsləri