right|thumb|250px|AB düz xətt parçası CD parçasına perpendikulyardır, çünki əmələ gətirdikləri (narıncı və mavi ilə göstərilmiş) iki bucaq da 90 dərəcədir.
Perpendikulyar — həndəsədə iki düz xətt və ya iki müstəvinin (və ya bir düz xətt və bir müstəvi) kəsişdiyində əmələ gətirdikləri qonşu bucaqlar bir-birinə bərabərdirsə kəsişən fiqurlar perpendikulyar olaraq qəbul edilir.
Perpendikulyarlıq simvolu Perpendikulyarlıq simvolu -dır. Məsələn, AB düz xəttinin CD düz xəttinə perpendikulyar olduğunu göstərir.
Perpendikulyar düz xətt çəkmə right|thumb|P nöqtəsindən AB düz xəttinə çəkilən perpendikulyar düz xətt (mavi).
P nöqtəsindən AB düz xəttinə pərgar və xətkeşdən istifadə edərək perpendikulyar çəkmək üçün aşağıdakı mərhələlər tətbiq edilməlidir:
1 (qırmızı): AB düz xətti üzərində P-dən bərabər məsafədə A' və B' nöqtələrini müəyyən etmək üçün P mərkəzli bir çevrə qövsü cızın. 2 (yaşıl): İkisi də P nöqtəsindən keçən A' və B' mərkəzli iki çevrə qövsü daha cızın. Bu iki qövsün digər kəsişdiyi nöqtəni Q adlandıraq. 3 (mavi): P və Q nöqtələrini birləşdirən perpendikulyar PQ düz xəttini çəkin.
Xarici keçidlər
Tanıtım: perpendikulyar animasiyalı izahla birlikdə Pərgar və xətkeşdən istifadə edərək bir düz xətt parçasını ikiyə bölən perpendikulyar çəkmək animasiyalı izahla birlikdə
İstinadlar
Kateqoriya:Həndəsə Kateqoriya:Planimetriya