Kərimov Bəxtiyar Əxi oğlu — azərbaycanlı aktyor.
Həyatı Bəxtiyar Kərimov 1 fevral 1948-ci ildə Bakıda doğulub. 21 fevral 1976-cı ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyorluğu" fakültəsini bitirib. Əvvəllər Bakı Dövlət Kukla teatrında və Sumqayıt Dövlət Musiqili Dram teatrında işləyib. 15 oktyabr 1973-cü ildən Gənc Tamaşaçılar Teatrının aktyorudur.
Əsas rolları Söhrab və Rüstəm (İskəndər Coşğun) — sərkərdə Ana laylası (İskəndər Coşğun) — Qoşqar baba Həyatın astanasında (Məmmədov) — Altay Ölüm hökmü (Elçin) — Professor Zilber Təlxəyin nağılı (Firuz Məmmədov) — qarınqulu Qarışqa şıllaq atdı (Qılman İlkin) — Xaqan Cücələrim (Tofiq Mütəllibov) — çempion xoruz Oxu bülbül, oxu (Aygün Həsənoğlu) — bayquş Mənim nəğməkar bibim (Əkrəm Əylisli) — kor Məhəbbət bir bəladır (Əhməd Orucoğlu) — Muxtar Ruhlar qapını döyür (Rauf İçərişəhərli) — prokuror Səhvlər komediyası (Vilyam Şekspir) — məmur Yaddaş ağrısı (Hüseynbala Mirələmov) — Ötərxan Molla Nəsrəddin və Əmir Teymurun filləri (Əjdər Ol) — minbaşı Sən həmişə mənimləsən (İlyas Əfəndiyev) — Fərəc Ezop (Qilyermo Fiqeyredo) — Aqnostos Ağ dəvə (Elçin) — Muxtarın rəisi Qaraca qız (Süleyman Sani Axundov, Abdulla Şaiq) — Əlləz Şeyx Sənan (H.Cavid) — Şeyx Cəfər Məkkəyə gedən yol (C.Məmmədquluzadə) — Kərbəlayı Səbzəli Oliver Tvistin macəraları (Ç.Dikkens) — meyxana sahibi Romeo və Cülyetta (U.Şekspir) — mühafizəçi Hacı Qara (M.F.Axundazə) — Murov Əlincə qalası (Dilsuz) — Nuhun qövmü Buratinonun macəraları (A.Tolstoy) — şəhərli
Filmoqrafiya Nizami (film, 1982) Kölgədə 40 dərəcə isti (film, 1988) Təxribat (film, 1989) Qətl günü (film, 1990) Şirbalanın məhəbbəti (film, 1991) Etiraf (film, 1992) O dünyadan salam (film, 1991) Qara "Volqa" (film, 1994) Yük (film, 1995) Dağıdılmış körpülər (film, 1996) Yeni həyat (2005) Yoxlama (film, 2006) Cavid ömrü (film, 2007)
Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:XXI əsr Azərbaycan aktyorları