Zakir Tağıyev — dövlət qeydiyyatına alınmayan Azərbaycan Hümmət Partiyası, Vətən Ocağı Partiyasının və Vətən Ocağı qəzetin təsisçisi, biznesmen.
Həyatı Zakir Tağıyev Vətən Ocağı Partiyasının və eyniadlı qəzetin təsisçisidir.
Biznesmen Zakir Tağıyev Azərbaycan-Ukrayna cəmiyyətinin sədri, "Təranə" Holdinqin prezidenti, "Təranə" futbol komandasının sahibi və sponsoru, ən sonda isə Azərbaycanda fəaliyyət göstərmiş Peşəkar Futbol Liqası (PFL) adlanan qurumun prezidenti olmuşdur.
1990-cı illərdə siyasi səhnədə olduğu kimi biznes sahəsində də özünü göstərən Z. Tağıyev həmin illərdə "Milyoner Zakir" ləqəbi qazanmışdı.
Vətən Ocağı Partiyası 13 fevral 1993-də Ana Vətən Partiyasına birləşmişdir. Lakin Ana Vətən Partiyasının Heydər Əliyevi dəstəkləməsi nəticəsində VOP-çular Ana Vətən Partiyasından istefa vermişdir.
VOP-çular bundan sonra Azərbaycan Hümmət Partiyasını təsis etmişdir.1993-cü il Azərbaycan Respublikası Prezidenti seçkilərində Azərbaycan Hümmət Partiyası prezidentliyə namizəd olaraq sədr Zakir Tağıyevi göstərmişdir.
O, 1995-ci ildə siyasətdən getmişdir.
İstinadlar
Kateqoriya:Azərbaycan prezidentliyinə namizədlər