Vəlvələ — kətan lifini əyirməyin bir səmərəli əmək aləti; pərsəngli əyircək. Əsasən Şahdağ xalqlarının məskunlaşdığı dağ kəndlərində geniş istifadə olunmuşdur. Şahdağ xalqları keçmişdə vəlvələdən təkcə kətan (kəndir) lifi deyil, həm də lazım gəldikdə yun ip əyirərmişlərA.H.Mustafayev. Azərbaycanın maddi mədəniyyət tarixi (etnoqrafik materiallar əsasında tipoloji tədqiqat). Bakı: "Bakı Universiteti" nəşriyyatı, 2009, səh. 57. .
Quruluşu və istifadəsi Vəlvələ bir qarış uzunluğunda ağac hərləncəkdən, onun ortasına keçirilmiş ox rolunu oynayan dəstəkdən, hərləncəyin hər iki ucunda açılmış gəzlərə siyirtmə bağlanan 25-30 sm uzunluğunda əyircək ipindən ibarət olurdu. Hərləncəyin sürətlə fırlanmasını təmin etmək üçün onun bir başına pərsəng daşı bağlanırdı. Çox vaxt uzunsov və hamar çaydaşından ibarət olan pərsəng hərləncəkdən 6-7 sm-ə qədər ondan aralı qalırdı.
İstinadlar
Kateqoriya:Şahdağ xalqları