Məhəmməd Rza oğlu Məmmədov () — Sosialist Əməyi Qəhrəmanı (1951).
Həyatı Məhəmməd Rza oğlu Məmmədov 5 yanvar 1916-cı ildə indiki Ağdam rayonunun Mahrızlı kəndiində anadan olmuşdur.
1931–1971-ci illərdə Ağdam MTS-ində, Telman, Nizami və Orconikidze ad. kolxozlarda aqronom və sədr işləmiş, 1971-ci ildən Orconikidze adına kolxozun aqronomu olmuşdur.
Azərbaycan Kommunist Partiyasının 28-ci qurultayının nümayandəsi olmuşdur. 1950 ildən pambıqçılıq sahəsində yüksək əmək göstəriciləri əldə etmişdir. Sosialist Əməyi Qəhrəmanı (1951) adına layiq görülmüşdür. Oktyabr inqilabı və Qırmızı Əmək Bayrağı ordenləri ilə təltif edilmişdir.
5 fevral 1983-cü ildə öz doğma kəndində vəfat etmiş və orada da dəfn edilmişdir.Məhəmməd Məmmədov mənim yaxın qohumumdur. Bütün məlumatları oğlu Xanlar Məmmədovla bu gün dəqiqləşdirmişəm.
İstinadlar
Kateqoriya:Ağdamda doğulanlar Kateqoriya:Sosialist əməyi qəhrəmanları Kateqoriya:Azərbaycan pambıqçıları Kateqoriya:SSRİ pambıqçıları Kateqoriya:Kolxoz sədrləri Kateqoriya:SSRİ aqronomları