Əhmədova Flora Cəfər qızı (d.9 dekabr, 1934, İrəvan-v.3 avqust, 2012, Bakı) — Respublikanın Baş Dövlət arbitri, əməkdar hüquqşünas.
Həyatı Flora Əhmədova 1934-cü il dekabrın 9-da İrəvan şəhərində doğulub.
Azərbaycan Respublikası Ali Arbitraj Məhkəməsinin sədri (1979-cu ildən), əməkdar hüquqşünas. Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir (1962). Əmək fəaliyyətinə Məhkəmə Ekspertizası İnstitutunda ekspert-kriminalist kimi başlamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyində idarə rəisi, respublikanın Baş Dövlət arbitri olmuşdur.
Azərbaycan müstəqillik qazandıqdan sonra Ədliyyə Nazirliyində və Respublika Məhkəmə-Tibbi Ekspertiza Mərkəzində mühüm postlarda işləyib. Ölkədə məhkəmə islahatları aparılan dövrə – 2000-ci ilə qədər Azərbaycan İqtisad Məhkəməsinin Rəyasət Heyətinin sədri olub.
F.Əhmədova 3 avqust 2012-ci il saat 05.00 radələrində ürək tutmasından vəfat edib. O, həmin gün Bakının Yasamal rayon qəbiristanlığında torpağa tapşırılıb.
İstinadlar
Kateqoriya:İrəvanda doğulanlar Kateqoriya:Bakıda vəfat edənlər Kateqoriya:Yasamal qəbiristanlığında dəfn olunanlar Kateqoriya:Azərbaycanın əməkdar hüquqşünasları