«Bizim cənnət» () — rejissor və ssenari müəllifi Qael Morelin filmi. Məzmun Vasili — 30 yaşında Parisdən olan hastlerdir. Müştəriləri tərəfindən nifrət və təhqirə məruz qaldığından, olnarın bir çoxunu qətlə yetirir. Bir dəfə Bulon meşəsində huşunu itirmiş və döyülmüş cavan oğlan görür. Vasili onu öz evinə gətirir və yaralarını müalicə edir. Özünün yeni dostunu Ancelo adlandırır — o öz adını yaddan çıxarmışdı, qarnının aşağı hissəsində isə ANGE yazılı tatuirovkası vardı. Vasili və Ancelo sevgililər olurlar və klientlərin qətlində və qarətində tərəfdaşlara çevrilirlər. Parisdə qalmaq təhlükəli olur və buna görə sevgililər əvvəlcə Liona, Vasilinin rəfiqəsinin yanına, sonradan isə rəfiqənin azyaşlı oğlunu da özləri ilə götürərək Fransanın kimsəsiz dağ rayonunda gedirlər. Orada onlar Viktorun və Kamel adlı onun boyfriendinin gözəl və bahalı evinə köçürlər. Ölümcül birləşmə hallar və baş qəhrəmanın dəliliyi nəticəsində, qonaqlar vəşhicəsinə qonaqpərvər ev sahiblərini öldrürlər və onların evini ələ keçirməyə qərar verirlər. Rollarda Stéphane Rideau : Vasili Dimitri Durdaine : Ancelo Béatrice Dalle : Anna Didier Flamand : Victor Jean-Christophe Bouvet : 1-ci klient Raymonde Bronstein : Annanın anası Malik Issolah : Kamel Mathis Morisset : balaca Vassili Roland Copé : həkim Jacques Grant : klient
İstinadlar
Xarici keçidlər
Kateqoriya:2011-ci ilin filmləri Kateqoriya:Fransa filmləri Kateqoriya:Homoseksual filmlər Kateqoriya:LGBT mövzulu Fransa filmləri Kateqoriya:2010-cu illərin LGBT filmləri Kateqoriya:2011-ci ilin Fransa filmləri Kateqoriya:Fransızca filmlər Kateqoriya:Gey filmləri Kateqoriya:Fransanın dram filmləri Kateqoriya:Paris haqqında filmlər Kateqoriya:Romantik filmlər