Şaiq Məmmədov və ya Şaiq Məmmədoğlu (tam adı: Şaiq Məmməd oğlu Məmmədov; ) — azərbaycanlı jurnalist, dilçi və ictimai xadim.

Həyatı Məmmədov Şaiq Məmməd oğlu 7 avqust 1980-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Muğanlı kəndində ziyalı ailəsində anadan olub.

1986-cı ildə Sumqayıt şəhəri 32 saylı orta məktəbin birinci sinfinə gedib. 1997-ci ildə Sumqayıt şəhəri 4 saylı orta məktəbi bitirib, elə həmin il Azərbaycan Dillər Universitetinin "Dilşünaslıq" fakültəsinin "Sinxron Tərcümə" ixtisasına daxil olub.

2002-ci ildə "Lider" Televiziyasında "Xəbərlər" informasiya proqramının gündəlik ingilis dilindəki buraxılışının müəllifi və aparıcısı kimi əmək fəaliyyətinə başlayıb.

2005–2006-cı illərdə ordu sıralarında həqiqi hərbi xidmət keçib.

2007-ci ildə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-də "Xəbərlər" informasiya proqramının gündəlik ingilis dilindəki buraxılışının və "Həftənin mənzərəsi" analitik-informasiya proqramının aparıcı-redaktoru vəzifəsində çalışıb.

2008-ci ildən iş fəaliyyətimi APA informasiya agentliyində redaktor vəzifəsində davam etdirib.

2010–2014-cü illərdə Naxçıvan Dövlət Universitetinin "Sosial İdarəetmə və Hüquq" fakültəsinin "Hüquqşünaslıq" ixtisası üzrə təhsil alıb.

2013-cü ilin sentyabr ayından 2017-ci ilin may ayınadək İctimai Televiziya və Radio Yayımları Şirkətində Baş direktorun informasiya və ictimai-siyasi proqramlar üzrə müavini vəzifəsində çalışıb.

Mükafatları 2015-ci il iyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Kütləvi İnformasiya vasitələrinin inkişafındakı xidmətlərinə görə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilib.Kütləvi informasiya vasitələri əməkdaşlarının "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli, 1321 nömrəli Sərəncamı

İstinadlar

Kateqoriya:Azərbaycan dilçiləri Kateqoriya:Azərbaycanlı dilçilər Kateqoriya:Azərbaycan filoloqları Kateqoriya:Azərbaycanlı filoloqlar Kateqoriya:Azərbaycan jurnalistləri Kateqoriya:Azərbaycanlı jurnalistlər Kateqoriya:Azərbaycan qəzet redaktorları Kateqoriya:Azərbaycanın televiziya aparıcıları Kateqoriya:Azərbaycan Televiziyasının jurnalistləri Kateqoriya:Lider TV-nin jurnalistləri Kateqoriya:Azərbaycan dissidentləri