Mingəçevir Şəhidlər Xiyabanı — Mingəçevir şəhərində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların dəfn olunduğu məzarlıq və memorial kompleks.

Haqqında Xiyaban 1992-ci ildə Mingəçevir şəhərində yaradılıb. Xiyaban Mingəçevir şəhəri, 20 Yanvar küçəsi, 146 ünvanında yerləşir. Vaqif Ağakişiyev 11 may 1992-ci ildə Mingəçevir Şəhidlər Xiyabanında dəfn edilmiş ilk dörd şəhiddən biridir.

2015-ci ildə xiyabanda yenidənqurma və əsaslı təmir işləri aparılıb.

Birinci Qarabağ müharibəsində şəhid olan 205 hərbi qulluqçu, Aprel döyüşlərində həlak olan 4 hərbçi və İkinci Qarabağ müharibəsi (Vətən müharibəsi) digər iştirakçıları bu memorial kompleksdə dəfn olunmuşdur.

Kompleksin strukturu Xiyaban ərazisində şəhidlərin xatirəsini əbədiləşdirmək üçün müxtəlif obyektlər qurulmuşdur:

2001-ci ildə inşa edilmiş "Ədəbi məşəl" kompleksi – Əbədi alov abidəsi. "Şəhidlərin xatirə muzeyi" – Qəhrəmanların şəxsi əşyaları və fotoları sərgilənir. Şəhidlər bulağı "20 yanvar" xatirə abidəsi

"Azərbaycanlıların soyqırımı tarixi və deportasiyası" memorial xatirə divarı 2001-ci ildə inşa edilmiş Əbədi məşəl kompleksində Azərbaycan xalqının məruz qaldığı deportasiya, etnik təmizləmə və soyqırımı aktlarının tarixi xronologiyasını əks etdirən "Azərbaycanlıların soyqırımı tarixi və deportasiyası" memorial xatirə divarı təsvir olunmuşdur. right|thumb|331x331px|Mingəçevir şəhidlər xiyabanında "Azərbaycanlıların soyqırımı tarixi və deportasiyası" memorial xatirə divarı. Abidə üzərindəki mətnlər tarixi mərhələlərə uyğun olaraq üç əsas dövrə bölünmüşdür:

I Dövr (1667–1828-ci illər) Bu dövrü əks etdirən lövhədə ermənilərin tarixi Azərbaycan torpaqlarına, xüsusilə İrəvan xanlığı ərazisinə köçürülməsinin ilkin mərhələləri və çar Rusiyasının bu prosesdəki rolu qeyd olunur.

1667–1727-ci illər: Ermənilərin Azərbaycan torpaqlarında məskunlaşmaq məqsədilə Rusiya çarlarına və Avropa dövlətlərinə rəsmi müraciətləri, I Pyotrun ermənilərə himayədar administrativ fərmanları (1724, 1726) xronologiyaya daxil edilmişdir. 1727–1813-cü illər: Erməni əhalisinin Azərbaycan ərazilərinə kütləvi miqrasiyası nəticəsində yerli azərbaycanlıların öz tarixi yurdlarından sıxışdırılıb çıxarılması və ilk deportasiya dalğasının (1801-ci il) əsası qoyulmuşdur. 1813–1828-ci illər: Rusiya–Qacarlar İranı müharibələri nəticəsində imzalanan Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələri ilə Azərbaycan torpaqlarının parçalanması və 21 mart 1828-ci ildə imperator I Nikolayın fərmanı ilə tarixi torpaqlarımızda süni şəkildə "Erməni vilayəti"nin yaradılması faktları öz əksini tapmışdır.

II Dövr (1828–1920-ci illər) İkinci mərhələ çar Rusiyası dövründə və Azərbaycan Xalq Cümhuriyyəti ərəfəsində azərbaycanlılara qarşı törədilən kütləvi qırğınları və demoqrafik strukturun məcburi dəyişdirilməsini əhatə edir.

1828–1830-cu illər: Cənubi Azərbaycan və İrandan Şimali Azərbaycan torpaqlarına xaricdən daha 150 min erməni əhalisinin köçürülməsi qeydə alınmışdır. 1830–1905-ci illər: Ermənistan adlandırılacaq ərazilərdə yerli azərbaycanlıların var-dövlətinin və torpaqlarının qanunsuz mənimsənilməsi prosesi genişlənmişdir. 1905–1907-ci illər: Bakı, İrəvan, Gəncə, Tiflis, Qazax, Zəngəzur və Qarabağ bölgələrində erməni silahlı dəstələri tərəfindən azərbaycanlılara qarşı kütləvi qırğınlar törədilmişdir. 1908–1918-ci illər: Azərbaycan ərazisində monoetnik erməni dövləti yaratmaq məqsədilə erməni millətçilərinin sistematik təxribatları davam etmişdir. 1918-ci il (Mart soyqırımı): Bakı, Şamaxı, Quba, Gəncə, Qarabağ, Zəngəzur və Lənkəran qəzalarında azərbaycanlılara qarşı kütləvi soyqırımı aktı törədilmişdir. Bu qırğınlar nəticəsində Ermənistan ərazisində yaşayan azərbaycanlıların 98%-i məhv edilmiş və ya qaçqın düşmüş, 1200 yaşayış məntəqəsi dağıdılmışdır.

III Dövr (1920–1993-cü illər) Üçüncü lövhə Sovet İttifaqı dövründə azərbaycanlıların dövlət səviyyəsində deportasiyası və Qarabağ münaqişəsinin başlanğıcı mərhələsini əks etdirir.

1920–1948-ci illər: Ermənistan SSR tərkibində azərbaycanlıların hüquqlarının məhdudlaşdırılması və gizli deportasiya hazırlıqları aparılmışdır. 1948–1953-cü illər: SSRİ Nazirlər Sovetinin qərarı ilə Ermənistan SSR-dən 150 min nəfərdən çox azərbaycanlı dövlət səviyyəsində zorakılıqla Kür-Araz ovalığına deportasiya olunmuşdur. 1953–1993-cü illər: Ermənistan ərazisindəki azərbaycanlılara məxsus tarixi-mədəni abidələrin və məscidlərin dağıdılması, toponimlərin dəyişdirilməsi prosesi həyata keçirilmişdir. 1988–1993-cü illər: Dağlıq Qarabağ münaqişəsinin alovlandırılması ilə Ermənistanda yaşayan sonuncu 300 min nəfərlik azərbaycanlı icması tamamilə qovulmuş, nəticədə Ermənistan monoetnik dövlətə çevrilmişdir. Azərbaycan ərazisinin 20%-i işğal edilmiş, on minlərlə dinc sakin qətlə yetirilmiş və 1 milyona yaxın insan qaçqın və məcburi köçkün statusuna düşmüşdür. 26 fevral 1992-ci il: Bu tarixi xronologiyanın ən faciəvi zirvəsi olaraq erməni silahlı birləşmələri tərəfindən dinc əhaliyə qarşı törədilən Xocalı soyqırımı aktı abidədə xüsusi vurğulanmışdır.

A Ağayev Fərid Rüfət oğlu (31.12.1994–06.02.2015) Ağakişiyev Vaqif Yaqub oğlu (1968–1992) Adil Adilzadə Allahverdi Babayev

C Cəfərli Ruslan Nəcəf oğlu (1995–2020) Cəfərov Alış Zeynalxan oğlu (1960–1994) Cüməzadə Təbriz İldırım oğlu (2000–2020)

E Elçin Əliyev (gizir) Elman Əliyev Emin Rüstəmzadə

Ə Əli Əhmədov (kiçik çavuş) Əli Rzayev (kiçik çavuş) Ərzuman Osmanov Əzim Həsənov Əhmədov Rüstəm Oruc oğlu (1983–2016) Əhmədov Əli İlqar oğlu (-2020) İslam Əhmədov İlqar oğlu (-2020) Əbdurrəhmanov Əfrail Əbdurrəhman oğlu (1976–1995) Əhmədov Yasən Yelmar oğlu (1974–2020) Əliyev Firuz Qaraş oğlu (1974–1993) Əliyev Fuad Xeyrulla Oglu(1975–1994) Əliyev Qias Fikrət Oğlu (1981–1999)

F Fuad Xankişiyev

H Həmzəyev İlqar Əli oğlu (1968–1993)

X Xankişiyev Fuad Şöhrət oğlu (1996–2020)

İ İmranov İmran Şahmar oğlu (1946–1993) İsgəndərov Niyazi Şahvələd oğlu (1982–2020) İlkin Ağakişiyev İslam Əhmədov

Q Quliyev Elçin Hətəm Oğlu (1971–1992)

M Məmmədov Amil Hümbət oğlu (1975–1994) Mustafayev Hamlet Fəxrəddin oğlu (1966–1994) Məmmədov İlqar Şövkət oglu (1959–1996) Mirabov Rəşad Akif oğlu (1975–1995) Mirzəyev Şahin Zabit oğlu Müşfiq Mustafa oğlu Mirzəyev (1970–1993) Muradov Ruslan Həmid oğlu (1973–1992) Məmmədov Asif Əliş oğlu (1975–1996) Məhəmməd Məmmədli Murad oğlu (21.08.1994–01.12.2020) Məmişov Nurlan İlqar oğlu (2000–2020) Məhyəddin Məmmədov Yaşar oğlu (1998–2020)

N Nağıyev Dilqəm Heydər oğlu (1975–1995) Qəhrəman Nəsirov Fərman oğlu (2000–2020) Nahid İbrahimzadə Nicat Hacıyev Niftəliyev Azər Bayram oğlu (1957–1994) Niyazi İsgəndərov Nurlan Məmişov Nəcəfli Oruc

O thumb Orucov Elçin Məzahir oğlu

P Pərviz Tağıyev

R Rahim Tağıyev Rəşad Mirabov Ruslan Cəfərli

S Seyidov Şahmar Fikrət oğlu (1997–2020)

Y Yunusov Namaz Yunus oğlu (1966–1993)

Qalereya

Həmçinin bax Şəhidlər Xiyabanı

İstinadlar

Kateqoriya:Azərbaycan tarixi Kateqoriya:Mingəçevir qəbiristanlıqları Kateqoriya:Şəhidlər Xiyabanı