Gülnənə Məhəmməd qızı Mustafayeva () — Azərbaycan xalça ustası; "Stalin" mükafatı laureatı (1950).
Həyatı 1943–1960-cı illərdə Qonaqkənd xalça artelində toxucu, sex müdiri, artelin sədri vəzifələrində işləmiş, 1960–1968-ci illərdə Qonaqkənddəki "Qumaş" xalça fabrikində fəaliyyət göstərmişdir.
Toxuduğu xalçalar Onun toxuduğu "Qolluçiçi", "Açgülçiçi", "Herat-Pirəbədil" və s. çeşidli xalçalar Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində, Azərbaycan Tarix Muzeyində və digər muzeylərdə saxlanılır.
Bilavasitə onun iştirakı ilə toxunmuş "İ.V. Stalin" xalçası (ili: 1949, ölçüsü: 70 m²; saxlandığı yer: Azərbaycan Milli İncəsənət Muzeyi, Bakı) yüksək bədii keyfiyyətə malikdir.
Mükafatları "Stalin" mükafatı (1-ci dərəcə) — 1950 (İ. Stalinin anadan olmasının 70 illiyinə (1949) həsr olunmuş xalçaya görə)
İstinadlar
Kateqoriya:Azərbaycan xalçaçıları