Xəzər dağı — Füzuli rayonunun ərazisində qərar tutan dağ.

Xəzər oronimi özündə xəzər etnonimini əks etdirir. Görünür, Azərbaycan ərazisində məskunlaşmış xəzər ailələri əvvəlcə maldarlıqla məşğul olmuşlar və həmin dağlarda onların yaylaqları yerləşmişdir. Bir sözlə Xəzər oronimi etnotoponimdir.

Mənbə Azərbaycan toponimlərinin ensklopedik lüğəti, II cilddə. Bakı-2007. I cild, səh.348.

Kateqoriya:Füzuli rayonunun dağları Kateqoriya:Azərbaycanda dağ zirvələri