İbrahim Şehiç (; ) — Bosniya və Herseqovinalı futbolçu. Bosniya və Herseqovina milli futbol komandasının və Ərzurumspor futbol klubunun oyunçusudur.
Həyatı İbrahim Şehiç 2 sentyabr 1988-ci ildə hazırda Bosniya və Herseqovinanın paytaxtı olan Sarayevonun Roqotiça qəsəbəsində anadan olmuşdur.
Karyerası Futbolun sirlərini ilk dəfə yaşadığı şəhərin ən məşhur klublarından sayılan "Jelezniçar"da öyrənib. Bir müddətdən sonra bu komandanın əsas heyətinə də layiq görülüb. Şehiç "Jelezniçar"ın tarixinə start heyətində yer alan ən gənc qolkiper kimi düşüb.
2008-ci ildə İtaliyanın "Yuventus" klubu onu baxışa çağırmışdır. Onun potensialına şübhəylə yanaşan turinlilər hər ehtimala qarşı, onu transfer etmək istəyir, amma "Jelezniçar"a çox aşağı məbləğ təklif edir - cəmi 200 min avro. Yetirməsinin istedadına bələd olan Bosniya klubu Turin təmsilçisinə "yox" deyir.
Milli komanda karyerası Qapıçı ilk dəfə Bosniya yığmasına 2010-cu ildə çağırılıb. O, noyabrın 17-də Bratislavada Slovakiyaya qarşı görüşdə debüt edib.
Uğurları
Klub Qarabağ Azərbaycan Kuboku Qalib (1): 2014-15 Azərbaycan Premyer Liqası Qızıl (2): 2013-14, 2014-15
Şəxsi
İstinadlar
Xarici keçidlər
Footballdatabase - İbrahim Şehiç Transfermarkt - İbrahim Şehiç National Football Teams - İbrahim Şehiç
Kateqoriya:Bosniya və Herseqovina futbolçuları Kateqoriya:Qarabağ FK futbolçuları Kateqoriya:Yuqoslaviyada doğulanlar Kateqoriya:Azərbaycanda legioner futbolçular Kateqoriya:Legioner Bosniya və Herseqovina futbolçuları Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:Türkiyə Super Liqası futbolçuları Kateqoriya:Bosniya və Herseqovina milli futbol komandasının oyunçuları Kateqoriya:Səudiyyə Professional Liqası futbolçuları Kateqoriya:Türkiyədə legioner futbolçular Kateqoriya:Azərbaycandakı əcnəbi kişi futbolçular Kateqoriya:Kişi futbol qapıçıları Kateqoriya:Türkiyə 1-ci Liqası futbolçuları