Ramiz Beqay oğlu Sərkərov () — aktyor, prodüser.

Həyatı Ramiz Sərkərov 3 iyul 1959-cu ildə Qax rayonunda dünyaya gəlib. 1987-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. 1980-ci ildən ömrünün sonuna qədər Gənc Tamaşaçılar Teatrında işləyib. Əvvəlcə texniki vəzifələrdə çalışıb, sonralar aktyor kimi fəaliyyət göstərib.

R.Sərkərov həm də bir sıra filmlərdə canlandırdığı maraqlı rolları ilə tamaşaçıların yaddaşında qalıb.

7 aprel 2007-ci ildə vəfat edib.

Xatirəsi 2017-ci ilin aprelində aktyorun vəfatının 10-cu ildönümü münasibətilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında xatirə gecəsi keçirilib.

Əsas rolları Açıl, bənövşəm açıl (İ.Coşğun) — İsa Ərizə (Ə.Əmirli) — Kamil Cəza (Ə.Əmirli) — aktyor Mağara (A.Həsənzadə) — Eldəniz Sarıköynək günəşi necə gətirdi? (N.Qocaoğlu) — Sarıköynək Mahmud və Məryəm (Elçin) — Süleyman paşa Ölüm hökmü (Elçin) — A.M.Şərifzadə Ağ div və qara div (Ə.Səmədli) — qara div Yaddaş ağrısı (H.Mirələmov) — Vahan Molla Nəsrəddin və Əmir Teymurun filləri (Əjdər Ol) — şair Əmiri Ezop (G.Fiqeyredo) — Ksanf Mustafa (O.Asena) — Hüseyn dayı Hacı Qara (M.F.Axundzadə) — Sərkis Danışan gəlincik (A.Şaiq) — padşah

Filmoqrafiya Apardı sellər Saranı (film, 1996) At ilinin birinci ayı (film, 1993) Bir anın həqiqəti (film, 2003) Cavid ömrü (film, 2007) Ərazi (film, 2005) Gəlinlər (film, 2002) Halal pullar (film, 2008) Hərənin öz payı+tayı (film, 2006) Kəndim+nizə qayıdın!? (film, 2007) Kişiləri qoruyun (film, 2006) QAZ (film, 2005) Lal (film, 1992) Məhəllə (film, 2003) Məşədi İbad-94 (film, 2005) Müəmmalı yubiley (film, 2007) Yeni həyat (2005) Yol yoldaşları (film, 2003)

İstinadlar

Mənbə Aktyor Ramiz Sərkərov vəfat edib

Xarici keçidlər İzlə

Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Azərbaycan kinoprodüserləri Kateqoriya:Qax rayonunda doğulanlar Kateqoriya:XXI əsr Azərbaycan aktyorları