Bayandur — 1728-ci ildə İrəvan əyalətinin Şurəgəl nahiyəsində kənd adı İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kəndİbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri", Bakı, "Elm", 2002..
Tarixi Rayon mərkəzindən 20 km, Gümrü şəhərindən 10 km şimal-qərbdə yerləşir. 1937-ci ilə kimi Leninakan rayonunun tərkibində olmuşdur. "İrəvan əyalətinin icmal dəfətəri"ndə Bayandırlı formasındaİrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z. Bünyatov və H. Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996, s.131 qeyd edilmişdir.
Toponimi Toponim bayandur qədim türk tayfasının adıKaşğari M. Divani — lügat — it türk, I–III cilt, Ankara, 1992. s.56 əsasında əmələ gəlib, "bayandur tayfasının yaşadığı kənd" mə'nasını bildirir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Bayandur tayfasının adındandır.
Əhalisi 1828-ci ilə kimi azərbaycanlılar yaşamışdır. Ermənilər buraya 1828–30-cu illərdə Türkiyədən köçürülmüşdürQorqodyan Z.1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, İrəvan, "Melkonyan fond", 1932, s.40. 1918-ci ildə əhali qovulduqdan sonra kənd dağılmışdırİndi ermənilər yaşayır.
İstinadlar
Kateqoriya:Şörəyel kəndləri Kateqoriya:Şirak mərzinin yaşayış məntəqələri