Tural Əsədov () — azərbaycanlı teleaparıcı, şoumen, aktyor, rejissor və prodüser.
Həyatı Tural Cəfər oğlu Əsədov 1982-ci ilin 16 avqustda Bakı şəhərində anadan olmuşdur. 1999-cu ildə 211 nömrəli tam orta məktəbi bitirmişdir. 1999-2003-cü illərdə Qərb Universitetidə regionşünaslıq üzrə təhsil almışdır. 2003-2005-ci ildə İqtisad Universitetində maliyyə üzrə magistratura üzrə qiyabi təhsil almışdır. 2003-2005-cü illərdə Dövlət Sərhəd Xidməti Dəniz Gözətçi Gəmilər briqadasında hərbi xidmətdə olmuşdur.Aparıcılar - Böyük Səhnə. Bir müddət Şən və Hazırcavablar Klubunda oynayıb.
2011-ci ildə ailə həyatı qurmuşdur, bir oğlu və bir qızı vardır.Tural Əsədov həyat yoldaşı ilə - FOTO İstifadə tarixi: 09.10.20152015-ci-ildə valideyn olan məşhurlarımız - Fotolar İstifadə tarixi: 17.12.2015.
Fəaliyyəti Tural Əsədov televiziyada 2001-ci ildən Space telekanalında işə başlayıb. Space TV-də yayımlanmış "Bazar" maqazin verilişində aparıcılıq etmişdir"Bazar" verilişinin eks-komandası toyda birləşdi (FOTO) İstifadə tarixi: 24.06.2011. Çox sayda reklam çarxlarının və təqdimat filmlərinin prodüserliyi ilə məşğul olub. Rejissor olaraq Azərbaycan estradasının Sevda Ələkbərzadə, Miri Yusif və Röya kimi ulduzlarının kliplərini ərsəyə gətirib. O, Röyanın Kremldə verdiyi konsertin aparıcısı olubRöya ilə Tural Əsədovu nə bağlayır? İstifadə tarixi: 16.04.2014.
Tural Əsədov Maşın realiti şounun 2010-cu ilin mayında yayımlanan "Maşın 10: Transformer" bölümündə iştirakçı olub və 17 mayda SMS mübarizəsində məğlub olaraq oyunu tərk etməli olmuşdur.Maşın realiti şou - 17 may İstifadə tarixi: 18.05.2010
2011-ci ildə 8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində ideyası Feliks Fişnevetskiyə məxsus olan, Mir Azad Əliyev və “NewLOOK” studiyası tərəfindən reallaşdırılan “Ana səni sevirəm” layihəsində iştirak edib.Şou-biznes nümayəndələri anaları və övladları ilə birlikdə - FOTOLAR İstifadə tarixi: 09.03.2011
2013-cü ildə PicMus Production-da istehsal olunmuş, bütün hüquqları PicMus MMC-yə məxsus olan «Ulduza Toxun» layihəsində iştirak etmişdir.ULDUZA TOXUN #19 — TURAL ƏSƏDOV
2013-cü il dekabrın 18-də Bakı Kristal Zalında İtaliya estradasının ötən əsrin 80-ci illərinin əfsanəvi ifaçıları "San-Remo festivalının ulduzları Bakıda" adlı maraqlı konsert proqramı ilə çıxış ediblər və Tural Əsədov İtaliyanın dünya şöhrətli aktrisası Ornella Muti ilə birlikdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın da olduğu konsertə aparıcılıq edib.Mehriban Əliyeva “San-Remo festivalının ulduzları Bakıda” adlı konsertdə İstifadə tarixi: 19.12.2013
2014-cü ildə məşhur aparıcı Hüsniyə Məhərrəmova ilə birlikdə Azərbaycanın İctimai Televiziyasında (İTV) yayımlanmış Böyük Səhnə vokal layihəsinin aparıcısı olmuşdur.BÖYÜK SƏHNƏ VOKAL LAYİHƏSİNİN APARICILARI İstifadə tarixi: 28.01.2014Hüsniyə Məhərrəmova və Tural Əsədov İctimai Televiziyada Böyük Səhnə layihəsinin aparıcıları olacaqlar İstifadə tarixi: 04.02.2014
2015-ci il istehsalı, rejissoru türkiyəli Osman Albayraq olan Yarımdünya filmində baş rol ifaçılarından biri kimi Tural Əsədov həm də layihənin baş prodüser olmuşdur.“Yarımdünya”ya qala gecə - Foto İstifadə tarixi: 07.04.2015Miri Yusifin çəkildiyi "Yarımdünya" filmi jurnalistlərə təqdim olundu - Fotolar - Video İstifadə tarixi: 06.04.2015Bakıda “Yarımdünya” filminin qala-gecəsi keçirildi - Sevgi hekayəsi İstifadə tarixi: 07.04.2015
2015-ci ildə baş tutmuş "Bakı-2015" Avropa Oyunlarının açılış və bağlanış mərasimlərinin aparıcısı olmuşdur.
12 iyul 2015-ci ildə "Bakı-2015" Avropa Oyunlarının könüllülərinə və Azərbaycan yığmasının idmançılarına həsr olunmuş "Tarix yazdıq! Tarixə yazıldıq!" şüarı altında keçirilmiş paradın ardınca baş tutan xüsusi konsert proqramının aparıcılarından biri olub"Bakı 2015" paradından ən yadda qalan FOTOLAR İstifadə tarixi: 13.07.2015.
22 oktyabr 2015-ci ildə Fairmont otelində Samsung Azərbaycanın təşkilatçılığı əsasında baş tutan, Galaxy Note 5 smartfonu və Galaxy Gear S2 ağıllı saatının təqdimatının keçirildiyi tədbirdə aparıcılıq edibSamsung Galaxy Note 5 Azərbaycanda təqdim olunub-Fotolar İstifadə tarixi: 23.10.2015Samsung Galaxy Note 5 Azərbaycanda təqdim olundu. İstifadə tarixi: 23.10.2015.
2015-ci ilin sonlarında Tural Əsədov, çəkilişləri Azərbaycanda və ABŞ-nin Nyu-York şəhərində baş tutan romantik-komediya janrlı "Həddən artıq uyğunluq" bədii filminə çəkilib“Həddən artıq uyğunluq” filminin çəkilişləri davam edir İstifadə tarixi: 12.01.2016.
2015-ci ildə "Səs Azərbaycan" mahnı müsabiqəsinin aparıcısı olub.Leyla niyə “Səs Azərbaycan”ın aparıcısı olmadı? İstifadə tarixi: 05.12.2015
2016-cı ildən indiyədək baş tutan Bakı Şəhər Halqasının rəsmi səsi olmuşdur.Həvəskar video
2016, 2017, 2018-cu illərdə keçirilən Avroviziya Mahnı Müsabiqəsində Azərbaycan tərəfindən səsvermənin nəticələrini açıqlayan rəsmi şəxs olmuşdur.
2017-ci ildə İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış mərasimlərinin aparıcısı olmuşdur.
2019-cu ildə Heydər Əliyev Fondunun 15 illik yubiley konsertinin aparıcısı olmuşdur.
2019-cu ilin 29 mayında Bakı Olimpiya stadionunda keçirilən Avropa liqasının finalını şərh etmişdir.
Filmoqrafiya Aktyor kimi Kişiləri qoruyun (tammetrajlı bədii film)(rol: Zaur) İstanbul tətili (tammetrajlı bədii film)(rol: müxbir) Oğurlanmış arzular (bədii serial)(rol: Elnur) Oğurlanmış arzular - 6-cı seriya İstifadə tarixi: 18.12.2013 Dmitrov küçəsi 86 (qısametrajlı bədii film)(rol: Şəfiqənin kürəkəni) Yarımdünya (tammetrajlı bədii film) Həddən artıq uyğunluq (tammetrajlı bədii film)(rol: Mayk Kovalski) Hozu 2 (tammetrajlı bədii film)(rol: Müstəntiq)
Prodüser kimi Yarımdünya (tammetrajlı bədii film)
Dublyaj sənətçisi kimi Amerika pastoralı “CinemaPlus”da “Amerika pastoralı” filminin qapalı nümayişi təşkil olunub Spark. Bəşəri Qəhrəman Sualtı era Super Alibi Eskobar Bakıda ilk dəfə "Barbekyu-parti" Cinema Plus Amburan Mall-da Qan bahasına
Xarici keçidlər Facebook hesabı Instagram səhifəsi Twitter hesabı
İstinadlar
Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Azərbaycanın televiziya aparıcıları Kateqoriya:Azərbaycan prodüserləri Kateqoriya:Qərbi Kaspi Universitetinin məzunları Kateqoriya:Space TV-nin jurnalistləri Kateqoriya:İctimai TV-nin (Azərbaycan) jurnalistləri Kateqoriya:Azərbaycan Televiziyasının jurnalistləri Kateqoriya:XXI əsr Azərbaycan aktyorları