Nəsibə Novruz qızı Eldarova — Azərbaycan aktrisası, Azərbaycanın əməkdar artisti (2014).
Həyatı Nəsibə Eldarova 1959-cu ildə Bakının Bülbülə qəsəbəsində anadan olmuşdur. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil olmuş və 2 il Rza Təhmasibin kursunda (sonralar Nəsir Sadıqzadənin kursunda) təhsil almışdır. Bir müddət ali məktəbdən uzaqlaşsa da, sonradan universitetə bərpa olunmuşdur. İnstitutu bitirdikdən sonra kinostudiyada fəaliyyətə başlamışdır.
1989-cu ildə Gənclər Teatrının yaranmasından sonra aktrisa həmin teatra işə düzəlir və orada 20 il müddətində 100-dən çox tamaşada çalışır. 2009-cu ildə verilən qərara əsasən, Dövlət Gənclər Teatrı Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına birləşdirildikdən sonra aktrisa burada işə başlayır.
Nəsibə Eldarova Azərbaycan teatrının inkişafındakı xidmətlərinə görə 7 mart 2014-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülmüşdür. 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə və 10 may 2019-cu ildə Prezident Mükafatına layiq görülmüşdür.
Aktyor Əməkdar Artist Ömür Nağıyevin həyat yoldaşı olmuşdur. Teatr rejissoru Əməkdar İncəsənət Xadimi Hüseynağa Atakişiyevin həyat yoldaşı olmuşdur.
Filmoqrafiya Arşınmalçı (film, 1985) Bəyin oğurlanması (film, 1985) 777 №-li müəssisədə (film, 1988) (qısametrajlı bədii süjet-Mozalan № 129) Yeni iş üsulu (film, 1989) Kommersiya (film, 1992) Qara "Volqa" (film, 1994) – Klara Yuxu (film, 2001) Bomba (film, 2005) Kişiləri qoruyun (film, 2006) Ci-Mi (film, 2008) Səhərə inan... (film, 2011) Həkimlər Döngələr (2012) Bir ovuc torpaq (2013) Oğurlanmış arzular (film, 2015) Məryəm (serial, 2016) İkinci güllə (film, 2017) Köhnə çamadanlar (film, 2022) Mən burdayam, İlahi! Vətəndaş A Xəyanət(teleserial) Əqrəb mövsümü "İki dünya bir olsa da" (2025) – Əsmər
İstinadlar
Kateqoriya:Azərbaycan aktrisaları Kateqoriya:Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunları Kateqoriya:"Qızıl Dərviş" mükafatı laureatları Kateqoriya:Bülbülədə doğulanlar