Kisutske Nove Mesto (, , ) — Slovakiyanın şimali-şərqində şəhər. Əhalisi 16 min nəfərdir. Şəhər Kisutsa çayının sahilində və Kisutse Beskid dağlarının yamaclarında yerləşir. Tarix Kisutske Nove Mesto ilk dəfə olaraq IV Belanın 1244-cü il məktubunda Yesenin adı ilə qeyd olunur. Kral bu əraziləri Monqol-tatar istilasından xilas etdiyi üçün zadəgan nəslindən olan Buqomirə hədiyyə verir. Kisutske azad şəhər hüquqlarını 1325-ci ildə əldə edir. XIX əsrə qədər Kisutske əkinçilik və sənətkarlıqla məşğul olan kiçik bir qəsəbə idi. 1950-ci ildən isə şəhərdə sənayeləşdirmə prosesinə start verildi və qısa bir zamanda şəhər Povaj bölgəsinin mühüm mərkəzlərindən biri oldu. Şəhərin müxtəlif adları 150 – Asanka – Qədim yunan coğrafiyaşünası Klavdiy Ptolemeyin qeydlərində, qədim qəsəbə "Kəhrəba yolunda" yerləşirdi. 1254 – Jesesin – "Terra" hökmranlığın mərkəzi 1300 – Yesesin 1338 – Jachatin 1325 Congesbergh Kongesberg Königsberg 1358 – Civitas Nova – Castrum Novum – kral Lüdovitin yeni şəhəri 1438 – Nowe Mesto 1507 – Kisucza UJhely (Ujvar) 1784 – Horní Nové Město 1873 – Nové Mesto nad Kysucou (torpaq reyestrlərində ilk dəfə adı qeyd olunur) 1907 – Kisuca Ujhely – macar dilində 1920 – Kysucké Nové Mesto
Mədəniyyət və görməli yerlər Digər mədəni müəssisələr Bələdiyyə mədəni və idman mərkəzi İstirahət mərkəzi „KYSUCA“ kinoteatrı Şəhər kitabxanası (Belanského 9)
Rəsədxana Kysucká rəsədxanası
Parklar Şəhər parkı KNM meşə sahəsi
İdman Yerli idman klubu
Tanınmış Kisutskelilər Štefan Čelko (* 1773 – † 1837), dilçi və publisist Andrej Majer - Dlhomír Poľský (* 1864 – † 1935), yazıçı Karol Hlučil (* 1891 – † 1973), riyaziyyatçı
Weblinks
Hivatalos oldal A város a Kiszucai régió honlapján Alapinformációk Kiszucaújhely Szlovákia térképén E-obce.sk İstinadlar
Kateqoriya:Slovakiya şəhərləri