Azərbaycan İqtisadçılar İttifaqı və ya qısaca Aİİ — Azərbaycanda fəaliyyət göstərən ictimai birlik.

Aİİ 30 iyun 1992-ci ildə yaradılmışdır. 55 üzvü var. Təkilatın sədri iqtisadçı Ziyad Səmədzadə, sədr müavini isə oğlu Elşad Səmədzadədir.

Fəaliyyəti Aİİ Beynəlxalq İqtisadçılar İttifaqının üzvü kimi 43 dövlətdə öz nümayəndəliklərini yaratmışdır. İqtisadçılar İttifaqı San-Fransiskoda (1993), Barselonada (1994), Avstraliyada (1995), Parisdə (1996), Moskvada (2003) və başqa yerlərdə keçirilən müşavirə və konfransların iştirakçısı olmuşdur. Aİİ-nin iştirakı ilə bir sıra elmi-praktiki konfrans təşkil edilmiş, sosial-iqtisadi inkişafın problemlərinə dair elmi işlər dərc edilmişdir.

Aİİ bir neçə qrant layihəsinin həyata keçirilməsində, 1998–2000-ci illərdə Aİİ "Cənubi Qafqazın sosial-iqtisadi və ərazi inkişafının sistemli təhlili və perspektiv meylləri TRASEKA proqramı çərçivəsində", "İqtisadçıların hazırlanması və onlardan istifadə edilməsi sistemində beynəlxalq standatların tətbiq edilməsində Cənubi Qafqaz ölkələrinin peşə assosiasiyalarının iştirakı" layihələrinin həyata keçirilməsində iştirak etmişdir.

Həmçinin bax

İstinadlar

Mənbə

Xarici keçidlər

Sabiq rəsmi sayt — aii.az YouTube kanalı (2025)

Kateqoriya:30 iyunda yarananlar Kateqoriya:1992-ci ildə Azərbaycanda yarananlar