Abbasov Seyfəddin Əliağa oğlu (Seyfəddin Dağlı) () — Azərbaycan yazıçısı, şair, dramaturq, jurnalist, Əməkdar incəsənət xadimi.

Həyatı Seyfəddin Dağlı 1921-ci avqustun 27-də Xızıda doğulub. Bir müddət "Kommunist" və "Ordu" qəzetlərində müxtəlif vəzifələrdə çalışıb. Dövlət Radio Komitəsində baş redaktor (1956–1959), sonra Bakı Telestudiyasının direktoru və sədr müavini vəzifələrində çalışıb. Uzun müddət "Kirpi" jurnalının baş redaktoru olub. "Azərbaycanfilm" kinostudiyasında ssenari redkollegiyasının üzvü, "Yazıçı" nəşriyyatında redaktor vəzifəsində çalışıb. 1948-ci ildə "Dəniz kəşfiyyatçısı" adlı kitabı nəşr edilib. "Adı sənin, dadı mənim", "Aydınlığa doğru", "Mənziliniz mübarək", "Təzə gəlin", "Kölgələr pıçıldaşır" pyesləri, "Bahar oğlu", "Məşəl", "Kəcil qapısı", "Sabiqlər" və sair kitabları geniş oxucu kütləsinin rəğbətini qazanıb.

Yazıçı Seyfəddin Dağlı 1983-cü il yanvarın 18-də vəfat edib.

Mükafatları Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı — 26.08.1981Seyfəddin Dağlı (S. Ə. Abbasov) yoldaşın Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif edilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 26 avqust 1981-ci il tarixli Fərmanı — anl.az saytı Azərbaycan Ssri Əməkdar İncəsənət Xadimi

Filmoqrafiya Onun bəlalı sevgisi (film, 1980) Qayınana (film, 1978) Adı sənin, dadı mənim (film, 1980) (tammetrajlı televiziya tamaşası) (Aztv) Gecəniz xeyrə qalsın (film, 1977) Kommunist (film, 1969) Solmaz bir bahar kimi (film, 1979)

İrsi Bakı şəhərinin Yasamal rayonunda adına küçə var.

İstinadlar

Xarici keçidlər Seyfəddin Dağlının 95 illik yubileyi qeyd olunub

Kateqoriya:Azərbaycan yazıçıları Kateqoriya:Azərbaycanlı yazıçılar Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:Azərbaycan dramaturqları Kateqoriya:Azərbaycanlı dramaturqlar Kateqoriya:Azərbaycan ssenaristləri