Tofiq Behbud oğlu Babayev () — Azərbaycan Respublikası Milli Təhlükəsizlik nazirinin sabiq müavini, general-mayor.
Həyatı Tofiq Babayev 1949-cu il iyunun 9-da Ağdam rayonunda anadan olmuşdur. 1956–1966-cı illərdə Ağdam şəhəri 1 saylı orta məktəbdə oxumuşdur. 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Fizika fakültəsini bitirmişdir.
Fəaliyyəti 1972–1974-cü illərdə leytenant hərbi rütbəsində Naxçıvan və Dağlıq Qarabağda yerləşən hərbi hissələrdə xidmət keçmişdir.
1974–1976-cı illər ərzində Ağdam şəhər 50 saylı tam orta texniki peşə məktəbində fizika müəllimi, 1976–1979-cu illərdə isə Ağdam rayon Komsomol Komitəsində II katib və rayon Partiya Komitəsində təlimatçı vəzifələrində çalışmışdır.
1979-cu ildə Azərbaycan Təhlükəsizlik orqanlarına qəbul olunub. Dağlıq Qarabağda baş əməliyyat müvəkkili, Ağdam, Quba, Yevlax, Gəncə şəhər şöbələrinin və Qarabağ üzrə idarənin rəisi vəzifəsində çalışıb.
2 iyun 2000-ci il tarixli 434 nömrəli Prezident Sərəncamı ilə "Tofiq Behbud oğlu Babayev Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin müavini — Əks-kəşfiyyat İdarəsinin rəisi vəzifəsinə təyin edilib", 25 mart 2005-ci il tarixli 706 nömrəli Sərəncamla isə həmin vəzifədən öz xahişi ilə azad edilib.
15 aprel 2002-ci il tarixli 685 nömrəli "İxrac neft və qaz boru kəmərlərinin təhlükəsizliyinin təmin edilməsi haqqında" Prezident Fərmanı ilə ixrac neft və qaz boru kəmərlərinin təhlükəsizliyinin təmin edilməsi üzrə Komissiyanın tərkibinə üzv təyin edilib və 19 aprel 2005-ci il tarixli 225 nömrəli Prezident Sərəncamı ilə həmin Komissiyanın tərkibindən çıxarılıb.
17 sentyabr 2004-cü il tarixli 394 nömrəli "Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasəti sahəsində İşçi Qrupunun yaradılması haqqında" Prezident Sərəncamı ilə yaradılmış İşçi Qrupuna təyin edilib və 19 aprel 2005-ci il tarixli 225 nömrəli Prezident Sərəncamı ilə həmin İşçi Qrupunun tərkibindən çıxarılıb.
Mükafatları "Hərbi xidmətlərə görə", "Vətən uğrunda" medalları və Azərbaycan Respublikası Prezidentinin "Fəxri Fərmanına" layiq gorülüb.
Qarabağ üzrə idarənin rəisi olarkən (Ağdam-1992) Xocalı soyqırımına etiraz əlaməti olaraq polkovnik rütbəsindən imtina etmişdir.
Ölümü General 9 sentyabr 2012-ci ildə müalicə üçün getdiyi İstanbulda hospitalların birində vəfat etmişdir.MTN generalı Türkiyədə vəfat etdi. gunxeber.com saytı.
İstinadlar
Kateqoriya:Bakı Dövlət Universitetinin məzunları Kateqoriya:Azərbaycan generalları Kateqoriya:Azərbaycanlı generallar