A Haber — "Çalık Holding" tərəfindən qurulmuş, Türkiyədə ilk dəfə HD yayımlanan xəbər kanalıdır. Kanalın rəhbərliyini Habertürk TV-nin keçmiş rəhbəri Erdoğan Aktaş üzərinə götürmüş, amma işdən çıxmağa qərar verdikdən sonra onun yerinə əvvəl köməkçisi olmuş Cengiz Er keçmişdir. Həm HD, həm də SD yayımlanır. TRT Türk-dən sonra 16:9 (geniş ekran) formatlı yayıma keçən ikinci xəbər kanalıdır. Kanal xəbər proqramlarından başqa futbol qarşılaşmalarını da yayımlayır. "Copa America 2011", "İtaliya Superkuboku" və "Ziraat Türkiyə Kuboku"nun yayım hüquqlarına malikdir.
A Haber HD A Haber ilə birlikdə yayıma başlayan HD kanal. Həmçinin ilk şifrəsiz HD xəbər kanalıdır. Peyk məlumatları: Türksat 4A: 12054, H, 27500, 5/6 Digiturk: 32-ci kanal D-Smart: 35-ci kanal Teledünya: 56-cı kanal Tivibu: 35-ci kanal
Qardaş kanallar ATV ATV Avrupa ATV HD A Spor A Spor HD Minika Çocuk Minika Go İzmir TV
İstinadlar
Xarici keçidlər A Haber | Web A Haber | Facebook A Haber | Canlı
Kateqoriya:Türkiyə televiziya kanalları Kateqoriya:Xəbər televiziya kanalları Kateqoriya:Türk dilində televiziya kanalları