*.3GP — multimedia fayl formatı, Üçüncü Nəsil Əməkdaşlıq layihəsiylə ( müəyyən edilən 3G UMTS multimedia xidmətləri üçün fəaliyyət göstərən fayl tipi. Müasir mobil telefonlar (3G texnologiyasından asılı olmayaraq) .3GP formatında audio və video baxış funksiyalarına malikdir.

3G2 (3GPP2-in fayl formatı) — 3G CDMA2000 multimedia xidmətləri üçün 3GPP2 müəyyən edilən multimedia fayl tipi. 3GP fayl formatına çox oxşardır, amma 3GP-la müqayisədə bəzi genişlənmələrə və məhdudiyyətlərə malikdir.

Bu format — ISO 14496–1 Media Format-ın sadələşdirilmiş versiyasıdır. QuickTime-də istifadə edilən MOV fayl tipinə oxşardır.

3GP videonu MPEG-4 və ya H.263 kimi saxlayır. Audio AMR-NB və ya AAC-LC formatlarında qeyd olunur.

3GP-da hazır videoçarxlar başqa formatlarda analoji video ilə müqayisədə kiçik ölçüyə malikdir. Ancaq, aşağı keyfiyyətlidir: məsələn, kadrların rəngli "kvadratlar" şəklində təsvir edilir.

Kateqoriya:Fayl formatları Kateqoriya:Kodeklər