Yesuagen (yaxud Esuagen və Asuagen) — Qafqaz Albaniyası çarı. Onun dövründə köhnə əlifbanın təkmilləşdirilməsi yolu ilə yeni Alban əlifbası yarandı. Bu barədə Moisey Kalankatlı, eləcə də V – VIII əsrlərin erməni müəllifləri Koryun, Movses Xorenli xəbər verirlər.Moisey Kalankatlı. Alban ölkəsinin tarixi, VI II Yezdəgirdin bacısı ilə evlənmişdi. 444-cü ildə II Vaçe tərəfindən əvəz olundu.

Ailəsi Moisey Kalankatlının verdiyi məlumata görə çar Yesuagenin 4 övladı olmuşdur: II Vaçe — taxtda onu əvəz etmişdi Xoçkorik — qeyri-qanuni oğlu idi III Vaçaqan Adsız bir qız — Girdman knyazı Barzabod Mehrani ilə evlənmişdi.

Yesuagenin nişanı Yesuagenin monoqramı 1975-ci ildə fransız alim Filipp Ginyo tərəfindən yayımlanan Sasani şahlarının möhürlərinin arasında Mürtəzalı Hacıyev tərəfindən tapılmış, S. Y. Qasımova tərəfindən çar Yesuagenə aid olduğu təsdiqlənmişdir.Intailles sasanides de la collection Pirousan Monumentum H. S. Nyberg III. Teheran — Liege, 1975, p.17, pl. I, fig. 22 Möhür ay ilahəsi ilə əlaqəlidir.S. Y. Qasımova — Le sceau du Catolicos d`Albanie et du Balasagan Studia Iranica. T. 20, fasc. 1, 1992, p.31–32

İstinadlar

Kateqoriya:Qafqaz Albaniyası

Kateqoriya:Alban Arşakiləri Kateqoriya:V əsr Avropa monarxları