I Bolduin () — Səlib yürüşləri nəticəsində yaradılmış Latın imperiyasının ilk imperatoru. Atası Hainaut qrafı V Bolduin, anası isə Flanders qrafinyası I Marqareta idi. O həm də VI Bolduin adı ilə Hainaut qrafı və IX Bolduin adı ilə Flanders qrafı olmuşdur. 1205-ci ildə Bolqarıstan çarı Kaloyan tərəfindən əsir tutularaq həbsdə ölmüşdür.

İstinadlar

Kateqoriya:Latın imperiyası imperatorları Kateqoriya:Öldürülmüş hökmdarlar Kateqoriya:XIII əsr Avropa monarxları Kateqoriya:XII əsr Avropa hökmdarları Kateqoriya:XIII əsr Avropa hökmdarları