Kəllə vurma () — əlcəzairli heykəltaraş Adel Abdessəməd tərəfindən hazırlanmış heykəl. Heykəldə Zidan və Materazzi arasında FİFA Dünya Kuboku 2006-nın finalında baş vermiş münaqişə öz əksini tapıb. Heykəl bürüncdən hazırlanıbZidana da heykəl qoyuldu və hündürlüyü 5 metrdir.
Yaranma səbəbi
Əlcəzairli heykəltaraş Adel Abdessəməd futbol tarixində son onilliyin ən dramatik anlarından birini əbədiləşdirməyi qərara alıb. Bu, fransalı sabiq futbolçu Zinəddin Zidanın 2006-cı il dünya çempionatının finalında italiyalı müdafiəçi Marko Materatsiyə kəllə atdığı epizoddur. Oyunun 110-cu dəqiqəsində vurduğu kəllədən sonra qırmızı kart alaraq meydandan qovulan futbolçu komandasını 10 nəfərlə azlıqda qoymuşdu.
Nümayişi Bu heykəl Parisdə Pampidou Sənət Mərkəzinin önündə nümayiş etdirilib. Daha sonra heykəl Qətərə gətirilib.Qətərdə Zidan və Materazziyə heykəl qoyuldu Heykəl yerləşdiriləndən cəmi bir neçə həftə sonra yığışdırılıb. Dini mühafizəkarlar heykəlin bütpərəstliyi təşviq etdiyini deyir, digərləri isə onun zorakılıq oyatdığını düşünür. Bəziləri heykəli sadəcə zövqsüz adlandırıb.
Həmçinin bax
Zinəddin Zidan Marko Materatsi
İstinadlar
Kateqoriya:2012-ci ilin heykəlləri Kateqoriya:Mədəniyyətdə italyanlar Kateqoriya:Kişi heykəlləri