Adnan Şenses (, 21 avqust 1935, Bursa — 25 dekabr 2013, İstanbul) — Türk sənət musiqisi müğənnisi, musiqiçi bəstəkar, kino aktyoru.
Həyatı Adnan Şenses 21 avqust 1935-ci ildə Türkiyənin Bursa şəhərində doğulub. İbtidai məktəbə Ankara İsmət İnönü ibtidai məktəbində başlayan Adnan Şenses, təhsilini İstanbula köçdükləri üçün Karagümrük orta məktəbində davam etdirib və həmin məktəbdə də başa vurub. Ailəsinin istəyi ilə dülgərliklə məşğul olan Şenses, 1956-cı ildə öz istəyi əsasında musiqi sənəti ilə maraqlanamağa başlayır və ilk musiqi dərslərini Suzan Yakar Rutkaydan alır. 16 il Ankara radiosunda işləyən Şenses sonradan məşhur kazinolarda işləməyə başlayır. Bundan başqa o, 47 filmdə müxtəlif rollarda oynayıb və bir çox albom çıxarıb.
2013-cü ildə Sezen Aksunun hədiyyə etdiyi "Bekleyemedinmi" və "Kaybolan Yıllar" adlı mahnılarının da olduğu "Adnan Şenses bir əfsanədir" albomunu buraxdırır. Albomda Sezen Aksudan başqa, Selami Şahin və Səlcuq Tekay kimi adların da mahnıları var.
Uzun müddətdir ki, ağır xəstəlikdən Okmeydanı xəstəxanasında müalicə olunan tanınmış müğənni Adnan Şenses 25 dekabr 2013-cü ildə Türkiyə vaxtı ilə saat 20:30 radələrində vəfat edib.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Bursada doğulanlar Kateqoriya:İstanbulda vəfat edənlər Kateqoriya:Türkiyə musiqiçiləri Kateqoriya:Türkiyə bəstəkarları Kateqoriya:Türkiyə aktyorları Kateqoriya:Türkiyə film aktyorları Kateqoriya:Türk arabesk ifaçıları Kateqoriya:Qızıl Kəpənək mükafatı laureatları Kateqoriya:Nəfəs çatışmazlığından ölənlər Kateqoriya:Türkiyə kişi film aktyorları