Tahir Qorxmaz oğlu İmanov () — komediya aktyoru, ssenarist, rejissor, mətn oxuyan, "Parni iz Baku" KVN komandasının keçmiş üzvü, "Planet Parni iz Baku" KVN teatrının bədii rəhbəri, Azərbaycanın əməkdar artisti (2011).
Həyatı Tahir İmanov 13 dekabr 1974-cü ildə Bakı şəhərində anadan olub. 1981–1991-ci illərdə Bakı şəhəri 189 saylı məktəbdə təhsil alıb. 1991-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olub və 1996-cı ildə həmin universiteti bitirib. İxtisasça iqtisadçıdır. 1991–2001-ci illərdə "Parni iz Baku" KVN komandasının üzvü olub. 1992-ci ildə KVN çempionu, 1995-ci ildə KVN "Yay Kubokunun" sahibi və 2000-ci il KVN "Əsrin Çempionu" olmuşdur.
2001-ci ildə "Planet Parni iz Baku" KVN teatrını yaradıb. Hazırda həmin teatrın bədii rəhbəri, rejissoru və aktyorudur.
AMEA-nın müxbir üzvü, iqtisad elmləri doktoru, professor Qorxmaz İmanovun oğludur Azərbaycanın əməkdar artisti, aktyor Cabir İmanovun qardaşıdır. Azərbaycanın xalq artisti, bəstəkar Süleyman Ələsgərovun nəvəsidir
Filmoqrafiya Bir anın həqiqəti (film, 2003) Durnalar qayıtdı (film, 2003) Məhəllə (film, 2003) — rol: Rövşən (Roşka) Məhəllə 2 Moskvada (film, 2004) — rol: Rövşən (Roşka) Tam məxfi (film, 2004) Məşədi İbad-94 (film, 2005) — rol: Sərvər Nümunəvi şagird (film, 2006) Vərdiş (film, 2006) Bir kəndin sevinci(serial 2012)-rol:Kamran Qorxma, mən səninləyəm! 1919 (film, 2013) Ögey ata (film, 2013) Ağanatiq (film, 2017) Bəxt üzüyü 2 (film, 2017) Məhəllə 3 (film, 2019) — rol: Rövşən (Roşka) Ağanatiq 2 (film, 2021)
İstinadlar
Xarici keçidlər Münsiflər: Tahir Imanov Qorxmaz oglu yumorkuboku.az
Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Azərbaycanlı aktyorlar Kateqoriya:Azərbaycan kinoprodüserləri Kateqoriya:Ssenaristlər Kateqoriya:İmanovlar Kateqoriya:Parni iz Baku Kateqoriya:Azərbaycan rejissorları Kateqoriya:Azərbaycan komediyaçıları Kateqoriya:XXI əsr Azərbaycan aktyorları