Preşov diyarı () — Slovakiyada birinci dərəcəli inzibati–ərazi vahidlərindən biri. Diyarın inzibati mərkəzi Preşov şəhəridir. Sahəsi 8993 km², əhalisi isə 789 968 nəfər (2001) təşkil edir.

Preşov diyarı Slovakiyanın şimal-şərqində yerləşir. Şimalda diyar Polşa, şərqdə Ukrayna, cənubda isə Jilina, Koşitse və Banska Bistritsa diyarları ilə həmsərhəddir.

Preşov diyarı 1 iyul 1996-cı ildə ölkənin inzibati bölgüsü sayılan Şərqi-Slovak diyarının () yenidən təşkili zamanı, onun iki hissəyə bölünməsi nəticəsində yaranmışdı (şimalda Preşov, cənubda isə Koşitse diyarları yaranmışdı).

İnzibati bölünmə Preşov diyarı "okres" adlanan 13 rayona bölünür: Preşov rayonu Sabinov rayonu Bardeyov rayonu Svidnik rayonu Vranov nad Tolyou rayonu Levoça rayonu Kejmarok rayonu Stara Lyubovnya rayonu Poprad rayonu Medzilabortse rayonu Humenne rayonu Snina rayonu Stropkov rayonu

Statistik məlumatlar (2001) Əhalinin etnik mənsubiyyəti slovaklar 90,7 % qaraçılar 4,0 % rusinlər/ukraynalılar 3,6 % digərləri 1,7 %

Əhalinin konfessional mənsubiyyəti katoliklər 67,0 % yunan katolikləri 15,3 % lüteranlar 5,1 % pravoslavlar 4,0 % ateistlər 5,6 %

İstinadlar

Xarici keçidlər

Prešovský samosprávny kraj Diyarın rəsmi saytı

Həmçinin bax

Kateqoriya:Slovakiya diyarları Kateqoriya:Avropa regionları Kateqoriya:1996-cı ildə yaranmış dövlətlər və ərazilər