Nove Zamki (, , , ) — Slovakiyanın cənub-qərbində, Nitra çayının sahilində yerləşir. Əhalisi 42 min nəfərə yaxındır. Tarix Nove Zamki 1573—1581-ci illər arasında, Osmanlı İmperiyasına qarşı inşa edilmişdi və o zamanki Avropanın ən müasir qəsri hesab edilirdi.Tədricən qəsr ətrafında şəhər inkişaf etməyə başladı. Osmanlı İmeriyası qəsrə 10 dəfə hücum etmişdi, lakin qələbə qazana bilməmişdi. Yalnız 1663-cü ildə türklər qəsri ələ keçirə bilmişdilər. Bunun səbəbi də qəsr kommendantı Adam Forqahın türk qoşunlarının gücünü hesablamaması səhvi nəticəsində baş vermişdi. Belə ki, hücumdan sonra, Nove Zamki 22 il ərzində Osmanlı İmperiyasının əyalət mərkəzi olmuşdu (Varşava müqaviləsinə əsasən). 1685-ci ildə Lotaringiyalı hersoq V Karlın rəhbərliyi altında şəhər türklərdən azad olur. Lakin XVIII əsrdə qəsr öz strateji əhəmiyyətini itirdiyindən, onu hissələrə bölərək sökürlər. 1848-ci ildə Nove Zamkidə fabrika və zavodlar inşa olunmağa başlanır, şəhər güclü inkişaf etməyə başlayır. 1871-ci ildə Nove Zamki şəhəri Budapeşt və Vyana ilə dəmir yolu vasitəsilə birləşdirilir.
Müasir zamanda şəhər — Slovakiyanın qərb bölgələrinin sənaye mərkəzi sayılır.
Şəhər rayonları Şəhər rayonları: Nový Gúg () Mikrorayonlar: Bašty I, Bašty II, Juh, Nábrežie, Prednádražie, Západ Şəhərin digər rayonları: Veľký háj () Ətraf rayonlar: Jánov dvor (), Nitrianska osada () və həmçinin yaxınlıqda yerləşən Margithalma şəhəri.
Əhali Tarixi olaraq, Nove Zamki şəhərinin əhali sayı dəyişilirdi: İl Əhali sayı İl Əhali sayı 1694 1200 1880 10 584 1713 1525 1890 11 299 1731 2970 1900 13 204 1755 3873 1910 16 228 1779 4671 1940 23 306 1787 5167 1945 13 400 1811 5493 1946 18 710 1821 5957 1950 20 031 1830 6904 1961 22 041 1851 6936 1965 23 457 1857 7622 1991 42 923 1869 9483 2001 42 262 2011 39 646
Əhalinin etnik mənsubiyyəti: İl (say faizlə hesablanır) 1700 1720 1890 1910 1930 1938 1991 2001 2011 Macarlar 61 46 71 91,43 45 88 31,10 27,50 22,36 Slovaklar 25 36 8 5,94 42 9,5 66,82 69,70 64,62 Almanlar 13 17 4 2 - - - <0,1 <0,1 Qaraçılar - - 3 - - - - 0,80 0,12 Yəhudilər - - 13 8,48 8 - - 0,07 0,07 Cavab verməkdən imtina edənlər - - - - - - - - 11,71
Təhsil İbtidai məktəblər: Základná škola na Devínskej ulici Základná škola Gábora Bethlena Základná škola Gergelya Czuczora Základná škola na Hradnej ulici Základná škola na Mostnej ulici Základná škola na Nábrežnej ulici Bývalá Simorova škola Špeciálna základná škola (Bývalý Flengerov inštitút) Cirkevná základná škola Antona Bernoláka Súkromná spojená škola /Regionálne edukačno-sociálne centrum/ Orta məktəblər: Gymnázium M.R. Štefánika Gymnázium s vyučovacím jazykom maďarským Petra Pázmánya Stredná priemyselná škola elektrotechnická Štefana Aniána Jedlíka a Obchodná akadémia Stredná priemyselná škola ekonomická Stredná zdravotnícka škola Stredná odborná škola, Jesenského 1
Qardaşlaşmış şəhərlər Fonyod Slovenski Komloş (1993) Tabor Znoymo Partnyor şəhərlər Tatabanya
Xarici keçidlər
Oficiálna stránka Horehronie Územný plán mesta Brezno
İstinadlar
Kateqoriya:Slovakiya şəhərləri Kateqoriya:Nove Zamki