Ramin Hacıyev () — Azərbaycan rejissoru, ssenari müəllifi və aktyoru.

Həyatı 29 dekabr 1976-cı ildə anadan olub. 1995–ci ildə Qafqaz Universitetinin "biznes üzrə menecer" fakültəsinə daxil olub, lakin təhsilini bitirməyib. 2000-ci ildə Türkiyənin İstanbul Kültür Universitetinin "Cinema Academy"nin kinorejissorluğunu bitirmişdir. Bir neçə layihənin rejssoru və müəllifidir.

İki qız övladı var.

Mükafatları 6 noyabr 2019-cu ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Azərbaycanın əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür.

Filmoqrafiya Toy (film, 2005) — Cabbar Ailəm (film, 2006) Qonşular (film, 2006) — Əfsələddin Milçək (film, 2006) — Qədeş Koma 0,1 saniyədə (film, 2007) Bacanaqlar (teleserial, 2009) — Məhəbbət Qız atası (teleserial, 2014) Səfərin ailəsi (teleserial, 2014) — Baloğlan Qardaşlar (teleserial, 2015) Kişi sözü (teleserial, 2015) Ailəcanlı (teleserial, 2017) Xalxın evi (teleserial, 2017) Ay yay yay (teleserial, 2018) Mən kiməm? (teleserial, 2021) Yaxşı olar (teleserial, 2021–2022) Komedixana Qaratikan (teleserial, 2022-2023) İkinci Bahar (teleserial, 2023-2024) Aslan Kəndimizin Monikası (teleserial, 2024-2025) Ruzi İşdə Məhəbbət macərası (teleserial, 2025-2026)

İstinadlar

Kateqoriya:Azərbaycan rejissorları Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Azərbaycan ssenaristləri Kateqoriya:XXI əsr Azərbaycan aktyorları