Azərbaycan Danimarkanın 2014-cü ildə ev sahibliyi edəcəyi Avroviziya Mahnı Müsabiqəsinə qatılacaqdır. Azərbaycan təmsilçisi İctimai Televiziya (İTV) tərəfindən təşkil olunmuş Böyük Səhnə yarışması vasitəsilə seçiləcək.

Super kastinqlərin qalibləri

Kastinqlər ərzində jüri 12 namizəd seçməli idi. Amma seçimlərin çox çətin olduğunu qeyd edən jüri heyəti bu sayı 14 namizəd yerinə qaldırdı. Aşağıdakı 14 namizəd ilkin turlarda seçilərək növbəti mərhələyə keçmişlər:

1. Wave Wave qrupu (Bakı) 2. Valeriya Hüseynzadə (Bakı) 3. Samirə Əfəndiyeva (Bakı) 4. Lalə Sultan (Bakı) 5. Xana Həsənova (Bakı) 6. Hülya İbadova (Bakı) 7. Fuad Əsədov (Bakı) 8. Erkin Osmanlı (Bakı) 9. Elton İbrahimov (Bakı) 10. Dilarə Kazımova (Bakı) 11. Azad Şabanov (Bakı) 12. Aydın Eyvazzade (Bakı) 13. Aişəbəyim Nağıyeva (Gəncə) 14. Safa Eldar (Sumqayıt)

Yarımfinallar

Birinci yarımfinal

Birinci yarımfinal 9 Fevral 2014 tarixində Bakı şəhərində keçirilmişdir. Bu mərhələdə jürinin verdiyi səslərə əsasən Super Kastinqlərdə qalib gəlmiş 14 nəfərdən 4ü oyunu tərk edərək 10 yarışçı növbəti mərhələyə adlamışlar. Əvvəlcə mərhələ adlayan iştirakçıların sayı 6 nəfər müəyyənləşmişdi. Lakin sonradan jüri bu sayı artıraraq 10 namizəd yeri etdi. Növbəti mərhələyə keçən namizədlər:

Aydın Eyvazzade (Bakı) Hülya İbadova (Bakı) Samirə Əfəndiyeva (Bakı) Elton İbrahimov (Bakı) Fuad Əsədov (Bakı) Xana Həsənova (Bakı) Erkin Osmanlı (Bakı) Dilarə Kazımova (Bakı) Valeriya Hüseynzadə (Bakı) Azad Şabanov (Bakı)

Növbəti mərhələyə adlaya bilməyən iştirakçılar: Wave Wave qrupu (Bakı) Safa Eldar (Sumqayıt) Lalə Sultan (Bakı) Aişəbəyim Nağıyeva (Gəncə)

Sıra Müğənni(lər) Oxuduqları orijinal mahnı Topladıqları bal Nəticə01Lalə Sultan (Bakı)"Aphrodisiac" (Elefteria Elefteriu)37Keçə bilmədi02Aydın Eyvazzade (Bakı)"Pumped Up Kicks" (Foster the People)46Keçdi03Hülya İbadova (Bakı)"You're So Beautiful" (Joe Cocker)45Keçdi04Samirə Əfəndiyeva (Bakı)"All by Myself" (Eric Carmen/Céline Dion)43Keçdi05Elton İbrahimov (Bakı)"Superstition" (Stevie Wonder)49Keçdi06Aişəbəyim Nağıyeva (Gəncə)"Still Loving You" (Scorpions)37Keçə bilmədi07Wave Wave qrupu (Bakı)"Sarı Gəlin"34Keçə bilmədi08Fuad Əsədov (Bakı)"Every Time (I See Your Smile)" (Tomas N'evergreen) 46Keçdi09Xana Həsənova (Bakı)"Hero" (Mariah Carey)44Keçdi10Erkin Osmanlı (Bakı)"Girls, Girls, Girls" (Erkin Osmanlı)49Keçdi11Dilarə Kazımova (Bakı)"Mercy" (Duffy)50Keçdi12Safa Eldar (Sumqayıt)"Troublemaker" (Olly Murs feat. Flo Rida)36Keçə bilmədi13Valeriya Hüseynzadə (Bakı)"Glorious" (Cascada)37Keçdi14Azad Şabanov (Bakı)"Fall Again" (Glenn Lewis)48Keçdi

İkinci yarımfinal

İkinci yarımfinal 16 Fevral 2014 tarixində keçirilmişdir. Jüri 10 namizəddən yalnız 6 namizədi növbəti mərhələyə keçirdi.

Sıra Müğənni(lər) Xal Nəticə01Hülya İbadova (Bakı)43Keçə bilmədi 02Erkin Osmanlı (Bakı)49Keçdi 03Valeriya Hüseynzadə (Bakı)42 Keçə bilmədi04Azad Şabanov (Bakı)49Keçdi 05Samirə Əfəndiyeva (Bakı)48Keçdi06Aydın Eyvazzade (Bakı)39Keçə bilmədi 07Xana Həsənova (Bakı)46Keçdi 08Fuad Əsədov (Bakı)39Keçə bilmədi 09Dilarə Kazımova (Bakı)48Keçdi 10Elton İbrahimov (Bakı)45 Keçdi

Birbaşa keçən Təhlükəli zona qalibi Keçə bilməyənErkin Osmanlı (Bakı)Elton İbrahimov (Bakı)Hülya İbadova (Bakı)Azad Şabanov (Bakı)Valeriya Hüseynzadə (Bakı)Samirə Əfəndiyeva (Bakı)Aydın Eyvazzade (Bakı)Xana Həsənova (Bakı)Fuad Əsədov (Bakı)Dilarə Kazımova (Bakı)

Üçüncü yarımfinal

Üçüncü yarımfinal 23 Fevral 2014 tarixində keçirildi.

Sıra Müğənni(lər) Xal Nəticə01Xana Həsənova (Bakı)47Keçdi 02Elton İbrahimov (Bakı)39Keçə bilmədi03Samirə Əfəndiyeva (Bakı)44 Keçə bilmədi04Azad Şabanov (Bakı)45 Keçə bilmədi05Dilarə Kazımova (Bakı)49Keçdi06Erkin Osmanlı (Bakı)44Keçdi

Final

Final mərhələsi 2 Mart 2014 tarixində baş tutmuşdur. Və Azərbaycanı təmsil edəcək şəxs açıqlandı. Azərbaycanı 2014-cü ilki Eurovision mahnı yarışmasında Dilarə Kazımova təmsil edəcəkdir. Azərbaycanı təmsil edəcək musiqi isə 15 Mart tarixində açıqlanması gözlənilir.

Sıra Müğənni(lər) Mahnı Xal Yer01Xana Həsənova (Bakı)"A Normal Life"129202Erkin Osmanlı (Bakı)"Take It Up"122303Dilarə Kazımova (Bakı)"Impossible" 1361

Avroviziyada

20 Yanvar 2014 tarixində Kopenhagen Bələdiyyə Binasında keçirilmiş yarımfinal iştirakçılarının bölgüsü zamanı Azərbaycanın birinci yarımfinalın birinci yarısında iştirak edəcəyi bildirildi. Azərbaycan birinci yarımfinalda ilk onluğa daxil oldu və 10 May 2014 tarixində keçirilən final yarışmasında 33 xalla 22-ci yerə sahib olmuşdu.

Həmçinin bax

Avroviziya Mahnı Müsabiqəsi Azərbaycan Avroviziya Mahnı Müsabiqəsində 2014 Avroviziya Mahnı Müsabiqəsi

Xarici keçidlər

Eurovision.tv

*2014 Kateqoriya:2014-cü ildə Azərbaycan Kateqoriya:Ölkələr 2014 Avroviziya Mahnı Müsabiqəsində