Aşağı Kartli diyarı () — Gürcüstanda I dərəcəli inzibati – ərazi vahidlərindən biri. 1994–1996-cı illərdə həyata keçirilmiş inzibati islahatlar nəticəsində təşkil edilmişdir. Diyarın inzibati mərkəzi Rustavi şəhəridir.

İnzibati bölgü İnzibati cəhətdən respublika tabeli Rustavi şəhərindən və altı bələdiyyədən (Başkeçid, Bolnisi, Marneuli, Qarayazı, Salka, Tetri Tskaro) ibarətdir. Aşağı Kartlinin inzibati mərkəzi Rustavi şəhəridir. Ətraflı olaraq bax: Borçalı

Əhalisi Əhali sayının dinamikası Tarix Əhali Tarix Əhali Tarix Əhali 17.01.2002 497 530 Arxivləşdirilib: gürc. ing. 01.01.2006 507 600 01.01.2007 508 300. 01.01.2008 486 900 01.01.2009 488 800 01.01.2010 499 900. 01.01.2011 505 700 01.01.2012 511 300 01.01.2013 511 100. 01.01.2014 513 100 05.11.2014 424 769 01.01.2015 425 000

01 yanvar 2020-ci il tarixinə əsasən diyarın ümumi əhalisi 434.200 nəfər olmuşdur. Onlardan 189.700 nəfəri şəhərlərdə, 244.500 nəfəri isə kəndlərdə yaşayırdı. 2002-ci ildə kənd əhalisinin 152.456 nəfəri kişilərdən, 158.569 nəfəri isə qadınlar təşkil edirdi. Həmin il yekunlarına əsasən kənd əhalisinin 62,50%-i azərbaycanlılardan, 28,40%-i gürcülərdən, 6,70%-i ermənilərdən, 1,50%-i urumlardan, 0,40%-i ruslardan və 0,50%-i digərlərindən ibarət idi. Siyahıyaalınma vaxtı diyarın tərkibinə 6 rayon (2006-cı ildən sonra "bələdiyyə"), 7 şəhər, 8 qəsəbə, 104 sakrebulo və 348 kənd daxil idi. 348 kənddən 147-də azərbaycanlılar, 128-də gürcülər, 31-də ermənilər, 25-ində urumlar, 2-də isə osetinlər əksəriyyət təşkil edirdi, qalan 15 kənddə isə əhali yaşamırdı.

2014-cü ildə Gürcüstan əhalisinin rəsmi siyahıyaalmasına görə diyarın əhalisi 423 986 nəfər təşkil edib və bu göstəriciyə görə Aşağı Kartli Gürcüstanda 2-ci yerdədir. 51,3% əhali təşkil edirlər gürcülər isə 41,8% azərbaycanlılar. Vilayətin qubernatoru Şota Rehviaşvilidir.

Həmçinin bax Aşağı Kartli düzənliyi

İstinadlar

Kateqoriya:Kvemo-Kartli Kateqoriya:Gürcüstan regionları