250px|thumb|“Bucentaure ” Trafalqar döyüşündə Bukentaur, Le Bucentaure - Fransa donanmasına aid, 80 topluq, III ranq yelkənli xətt gəmisi. Bukentaur göyərtəsində 18 avqust 1804-cü ildə vəfat etmiş vitse admiral Latuş-Trevil Lui Renenin bayraqdar gəmisi olub.

Bukentaur 21 oktyabr 1805-ci ildə Fransa donamasının komandanı Pyer-Şarl de Vilnyovun başçılığı altında Trafalqar döyüşündə iştirak etmişdir. Bu döyüşdə qarşı tərəfin əlinə düşsə də təzədən geri alına bilinmişdir. Ancaq zədələnmiş və dorağaclarını itirmiş gəmi 23 oktyabr 1805-ci ildə fırtınada batmışdır.

Kateqoriya:Yelkənli gəmilər Kateqoriya:Fransa gəmiləri Kateqoriya:İkigöyərtəlilər Kateqoriya:Üçdorlular