() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Arealı Rusiya (Dağıstan, Şimali Osetiya, İnquşetiya, Kabardin-Balkar və Karaçay-Çerkeziya), Türkiyə, Qafqazda (Gürcüstan və Ermənistan - Həmzəçimən) təbii arealı vardır.

Azərbaycanda yayılması Böyük Qafqazda (Azərbaycanın daxilində) Zaqatala və Balakən rayonlarında dəniz səviyyəsindən 2200 m hündürlükdə bitir.

Statusu Azərbaycanın nadir bitkilərindəndir. CR B1ab (ı,ıı,ııı,ıv,v)

Bitdiyi yer Rütubətli yamaclarda yayılmışdır.

Təbii ehtiyatı Təbii halda Azərbaycanda arealı çox geniş deyildir

Botaniki xarakteristikası Qafqaz rododendronunun hündürlüyü 1-1,5 m-ə qədər olur. Dəniz səviyyəsindən 1600–3000 m hündürlüklərdə yayılmışdır. Gövdəsi sürünən, tünd qonur qabıqlıdır. Yarpaqları uzunsov-oval, alt tərəfi sıx, qısa, narıncı tükcüklərlə örtülmüşdür. Çiçəkləri çətirvarı çiçək qrupuna yığılmış, çiçək tacının diametri və uzunluğu 3 sm-ədək, sarımtıl-ağ, ağızcığında yaşıl və ya qırmızımtıl nöqtəlidir. Çiçək tacının rəngi təmiz ağdan açıqsarı və ya açıqçəhrayı rəngə qədər ola bilir. Qutucuğu uzunsovdur. Qafqaz rododendronu balverən bitkidir.

Çoxalması Generativ və vegetativ yolla çoxalır

Təbii ehtiyatının dəyişilməsi səbəbləri Başlıca olaraq insan fəaliyyətidir.

Becərilməsi Mədəni halda becərilir.

Qəbul edilmiş qoruma tədbirləri Azərbaycanın "Qırmızı kitabı"na daxil edilmisi zəruridir.

Zəruri qoruma tədbirləri Yasaqlıqların yaradılması vacibdir.

Sinonimləri Homotipik sinonimləri

Heterotipik sinonimləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:Dekorativ kollar Kateqoriya:Avrasiya florası