() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Arealı Orta Asiya-Pamir-Alayda (Səmərqənd dağları) təbii halda yayılmışdır.
Botaniki xarakteristikası Xırda budaqcıqlı, 7-15 sm hündürlükdə, yerə yatıq kolcuqdur. Yarpaqcıqları 6-8 cüt, xətvarı, ucu şiş, üstdən tüksüzdür. Paxlası oturan, uzunsov, biryuvalı, çoxtoxumludur. İyun-iyul aylarında çiçəkləyir, iyul-avqustda toxum verir. Generativ yolla çoxalır. Təbii ehtiyatının dəyişilməsi səbəbləri başlıca olaraq insan fəaliyyətidir. Becərilməsi haqqında məlumat yoxdur. Qəbul edilmiş qorunma tədbiri yoxdur. Zəruri qoruma tədbirləri kimi Azərbaycanın "Qırmızı Kitab"ına daxil edilməsi tövsiyə olunur.
Ekologiyası Daşlıgilli yamaclarda, dağ çayları vadilərində dik yamaclarda yayılmışdır.
Azərbaycanda yayılması Azərbaycanın nadir bitkilərindəndir və arealı çox geniş deyildir. Quba rayonunda yüksək dağ qurşağında (alp zolağında) yamaclarda rast gəlinir.
Sinonimləri Heterotipik sinonimləri
İstinadlar
Həmçinin bax