Həkim Əbdülməcd Məcdid ibn Adəm Sənai Qəznəvi (; ) — böyük filosof, sufi şair, 1131 və ya 1141-ci ildə öldüyü bildirilir.C. E. Bosworth, The Later Ghaznavids, 108.
Həyatı Əbdülməcd Məcdid ibn Adəm Sənai 1081-ci ildə Əfqanıstanın Qəznə şəhərində anadan olmuşdu. III Məsud Qəznəvinin hakimiyyəti (1099–1115) dönəmində şeir yazmağa başlamışdı. Bir müddət Bəlxdə yaşamışdı. Orda elm və sufizmlə məşğul olmuşdu. 1124-cü ildə yenidən Qəznəyə qayıtmışdı. Artıq tanınmış şair olmuşdu. Onu Sultan Bəhramşah Qəznəvinin (1118–1152) sarayına dəvət etmişdilər. Sarayda məşhur əsəri olan "Hədiqət-ül-həqaiq"i yazmışdı. Ölümü səbəbi ilə Mövlanə Cəlaləddin Rumi yazırdı:
Goft yeki Xacə Senai bimord. Merg-i çünan Xacə ne karist hord.
Birisi dedi ki: Xacə Senai öldü. Belə bir şəxsin ölməsi, elə asan, elə tez qavranası iş deyil. Saman çöpü deyildi ki, uçdu deyək. Su deyil ki, soyuqdan donsun..
Əsərləri Sənai Qəznəvi, "Hədiqət — ül — həqiqət".
Ədəbiyyat İbrahimov, Sənan. Dahi sufi şairi Sənai Qəznəvi / S. İbrahimov // Dövlət və Din ictimai fikir toplusu. — 2011. — № 1. — S. 142–158.
İstinadlar
Kateqoriya:Əfqanıstan şairləri Kateqoriya:XII əsr şairləri Kateqoriya:Əfqanıstanda doğulanlar Kateqoriya:Əfqanıstanda vəfat edənlər Kateqoriya:Sufi şairləri Kateqoriya:XI əsrdə doğulanlar Kateqoriya:İran şəxsləri Kateqoriya:Farslar