Ariel — Procter & Gamble şirkətinə daxil olan yuyucu toz markası. Ariel Avropa ölkələri, Meksika, Braziliya, Türkiyə, Pakistan, Hindistan, Kolumbiya, Çili, Venesuela və Filippində əsas yuyucu toz markası hesab olunur.
Tarixi Ariel ilk dəfə 1967-ci ildə Böyük Britaniyada satışa çıxarıldı. Ariel xüsusi ləkə çıxarma enzimləri ilə ilk yuyucu toz hesab olunurdu. Paltaryuyan maşınların dəyişməsi və daha da inkişaf etdirilməsi nəticəsində Arielin məhsullarında da dəyişikliklər edilid. 80-cı illərdən etibarən satışa çıxarılan məhsullar bol köpükləndiricilik xüsusiyyəti ilə fərqlənirdi.
Reklamı 2010-cu ildə Airel üçün hazırlanmış reklam çarxının hazırlanmasında Çarli Çaplin, Mahatma Qandi və Corc Buş kimi simalardan istifadə olunmuşdur.
Xarici keçidlər
Saytlar
Rəsmi sayt - www.ariel.co.uk Asiya ölkələri üçün nəzərdə tutulmuş sayt - www.ariel.in
Sosial şəbəkələr
Azərbaycan üzrə rəsmi Facebook səhifəsi Almaniya üzrə Facebook səhifəsi Türkiyə üzrə Facebook səhifəsi
Kateqoriya:Procter & Gamble Kateqoriya:1967-ci ildə yarananlar Kateqoriya:Birləşmiş Krallıq brendləri Kateqoriya:Amerika brendləri Kateqoriya:1967-ci ildə tanıdılanlar Kateqoriya:İstehlak malları