Hüseyn Dərya (tam adı: Hüseyn Cahangir oğlu Muradov; ) — Birinci Qarabağ müharibəsi iştirakçısı, Azərbaycan repçisi.

Hüseyn Dərya müxtəlif dövrdə Elariz Məmmədoğlu, İlhamə Quliyeva, Vahid Qədim və digər sənətkarlar ilə əməkdaşlıq edib.

Həyatı

Erkən illəri Hüseyn Dərya 1975-ci il iyun ayının 29-də Bakının Bakıxanov qəsəbəsində anadan olmuşdur. Atası əslən laçınlı, anası kəlbəcərli və Ermənistan azərbaycanlısıdır. İlk təhsilini Nərimanov rayonunda yerləşən 4 saylı fars təmayüllü məktəbdə almışdır. Bu məktəb, onda vəznlərə maraq oyatmışdır. Daha sonra Bakı Dövlət Universitetinə qəbul olunmasına baxmayaraq, Hüseyn Dərya təhsilindən imtina edərək, Birinci Qarabağ müharibəsində iştirak etmişdir. Dörd il iki ay hərbi xidmətdə olmuşdur.

Hip hop karyerası 2000-ci ildən başlayıb.

Yaradıcılığı

Ölümü Karyerası ərzində bir neçə dəfə sui-qəsd cəhdinə məruz qalıb.

2014-cü il martın 14-də gecə saat 23 radələrində Bakının Xəzər rayonu ərazisində idarə etdiyi 99 EK 575 dövlət nömrə nişanlı Opel Astra markalı minik avtomobilini onunla eyni istiqamətdə hərəkət edən KamAZ markalı maşına çırpıb. Nəticədə ağır xəsarətlər alan Hüseyn Dərya 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib, lakin martın 15-də səhər saatlarında o vəfat edib.

Repçi ilə vida mərasimi Yasamalda Hüseyn Dəryanın bacısının evində keçirilib. Vida mərasiminə Hüseyn Dəryanın yaxınları, ailə üzvləri ilə yanaşı sənət dostları və həmkarları da qatılıblar. Onun ilə uzun illər aralarında münaqişə olan Anar Nağılbaz da mərasimə qatılıb. Hüseyn Dərya Bakıxanov qəsəbəsindəki qəbiristanlıqda dəfn edilib.

Şəxsi həyatı Hüseyn Dərya iki dəfə ailə qurub. İlk həyat yoldaşı Sevda xanımdan 2003-cü il təvəlüdlü Ayşə adlı qızı, 2-ci həyat yoldaşı Sona Muradovadan isə 2006-cı il təvəllüdlü Cahangir adlı oğlu var.

İrsi 2014-cü ildə Azərbaycan repçisi DaDo və müğənni Natavan Həbibi Hüseyn Dəryanın xatirəsinə "Yat dostum" mahnısını həsr edib.

Diskoqrafiya Hüseyn Dəryanın diskoqrafiyasına 3 studiya albomu daxildir.

Studiya albomları Ad İl Albomun üz qabığı Qeyd 2 Həyat 2002 Keçdi günlər 2004 2 Yol

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Azərbaycan repçiləri Kateqoriya:Azərbaycan tərəfindən Birinci Qarabağ müharibəsi iştirakçıları Kateqoriya:Azərbaycan aktyorları

Kateqoriya:Maşın Şounun iştirakçıları Kateqoriya:Azərbaycanda yol-nəqliyyat hadisələrində ölənlər Kateqoriya:Azərbaycan kürdləri