Qalina Viktorovna Timçenko (; ) — Rusiya jurnalisti, 2004—2014-cü illərdə Lenta.ru internet nəşrinin baş redaktoru.
Tərcümeyi-halı Qalina Timçenko Moskvada anadan olub. Moskva 3-cü Tibb İnstitutunu bitirib. 1997—1999-cu illərdə "Kommersant" qəzetinin redaktoru işləyib. 1999-cu ildə yeni yaradılan Lenta.ru internet nəşrinə keçir və monitorinq xidməri əməkdaşından şef-redaktoru vəzifəsinədək yüksəlir. 2004-cü ildə nəşrin baş redaktoru təyin edilir.
Лента.ру 2010-cu ildə Harvard Universitetinin bloq mühitində keçirdiyi tədqiqata görə, «Ленту.ру» rus dilli bloqlarda ən mox adı hallanan xəbərlər mənbəyi oldu. 2013-cü ilin apreilində comScore şirkətinin tədqiqinə görə , Lenta.ru saytı Avropa xəbərlər saytları içində daxil olmaya görə büşinci yerdə olub. Alexa.com saytının mart 2014-cü il tarixinə olan reytinq cədvəlinə görə Lenta.ru Rusiyada populyarlığına görə 16-cı yerdə idi.
İşdən azad olunması 12 mart 2014-cü ildə sayt dövlət orqanından xəbərdarlıq aldıqdan bir neçə saat sonra nəşrin sahibi Aleksandr Mamut onu işdən azad etdi. Xəbərdarlığa səbəb saytda Ukrayna millətçilərinin liderlərindən biri Dmitriy Yaroşla müsahibə verilməsi olmuşduПредседатель Союза журналистов назвал предупреждение «Ленте.ру» обоснованным // Интерфакс, 12.03.2014..
İstinadlar
Kateqoriya:Rusiya jurnalistləri Kateqoriya:Moskvada doğulanlar Kateqoriya:Rusiyada "Xarici agent" elan edilmiş şəxslər