Alxanlı bələdiyyəsi — Azərbaycan Respublikasının Füzuli rayonunda 1999-cu ildən fəaliyyət göstərən bələdiyyə.

Tarixi 07.12.1999-cu il tarixli 771-IQ nömrəli "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Qanunun ilkin versiyasının "Füzuli rayonu" bölməsinə əsasən yaradılan 18 bələdiyyədən biri də Füzuli rayonunun Alxanlı bələdiyyəsi olub.

15.01.2000-ci il tarixli 01 №-li Bələdiyyə Protokolunda təsbit eidlmiş Qərarı ilə Bələdiyyənin ilk Nizamnaməsi təsdiq edilib və onun 28.08.2020-ci il tarixli 07 №-li Protokolunun 3-cü Qərarı ilə ləğv edilib.

Bu Bələdiyyə 2000-ci ildə "Azərbaycan Respublikasında yerli özünüidarəetmə üzrə Əlaqələndirmə Şuraları haqqında" Əsasnaməyə uyğun olaraq yaradılmış Füzuli rayonu üzrə Bələdiyyələrin Əlaqələndirmə Şurasının üzvülüyünə qəbul edilib.

2003–2020-ci illərdə "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Qanuna əsasən Bələdiyyə üzərində inzibari nəzarəti Ədliyyə Nazirliyi, özünün Bələdiyyələrlə iş mərkəzi (indiki Bələdiyyələrlə iş baş idarəsi) və İmişli Regional Ədliyyə İdarəsi həyata keçirib.

03.05.2005-ci il tarixli 903-IIQ nömrəli Qanunla təsdiq edilmiş "Bələdiyyələrin regional assosiasiyalarının Nümunəvi Əsasnaməsi"nə uyğun olaraq, həmin Bələdiyyə Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının üzvü olmuşdur.

2020-ci ildən "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Qanuna əsasən Bələdiyyə üzərində inzibari nəzarəti Ədliyyə Nazirliyi, özünün Bələdiyyələrlə iş mərkəzi (indiki Bələdiyyələrlə iş baş idarəsi) və Qarabağ Regional Ədliyyə İdarəsi vasitəsilə həyata keçirilirİdarəsi.

28.08.2020-ci il tarixli 07 №-li Bələdiyyə Protokolunun 1-ci Qərarı ilə Bələdiyyənin ikinci Nizmanaməsi təsdiq edilib və bu Nizamnamə 02.06.2026-cı il tarixli 04 №-li Protokolun 3-cü Qərarı ilə ləğv edilib.

26.04.2026-cı il tarixli Protokolunda gündəlikdəki 4-cü məsələ üzrə təsbit eidlmiş 2-ci Qərarla Bələdiyyənin Reqlamenti təsdiq edilib. Bu Reqlament Qarabağ Regional Ədliyyə İdarəsinin dəstəyi ilə, beynəlxalq korporativ idarəetmə standartlarına və qanunvericiliyə uyğun tərtib olunub.

02.06.2026-cı il tarixli 04 №-li Bələdiyyə Protokolunun 1-ci Qərarı ilə Bələdiyyənin üçüncü Nizamnaməsi təsdiq edilib.

06.08.2026-ci il tarixli 18 №-li Bələdiyyə Protokolunun 6-cı Qərarı 3.1-cü Qərarı ilə "Füzuli rayonunun Alxanlı bələdiyyəsinin Vergi Xidməti Orqanı haqqında" Əsasnaməsi təsdiq edilib. Bu Əsasnamə Qarabağ Regonal Ədliyyə İdarəsinin metodoloji yardımı əsasında hazırlanıb.

06.08.2026-ci il tarixli 18 №-li Bələdiyyə Protokolunun 6-cı Qərarı ilə "Füzuli rayonunun Alxanlı bələdiyyəsinin Relamenti" ilk dəfə təsdiq edilib. Bu Reqlament Qarabağ Regional Ədliyyə İdarəsinin dəstəyi ilə, beynəlxalq korporativ idarəetmə standartlarına və qanunvericiliyə uyğun tərtib olunub. Reqlamentdə tənzimlənmiş, iclasların keçirmə qaydası və qarşıya çıxan problemlərin həlli Qarabağ Regional Ədliyyə İdarəsinin rəisi Fariz Şirinovun rəhbərliyi ilə 04.06.2026-cı il tarixlində keçirilən tədbirlərdə geniş müzakirə olunub .

19.08.2026-ci il tarixli 20 №-li Protokolunun aşağıdakı qərarları ilə Bələdiyyənin aşağıdakı daxili tənzimləmə (təşkilati) aktları təsdiq olunub:

Bələdiyyə qurumlarında vətəndaş qəbulu Qaydaları - 5-ci Qərarla təsdiq edilib. Bu Qaydalar “Bələdiyyələrdə vətəndaş qəbulunun planlaşdırılması, təşkili, keçirilməsi və rəsmiləşdirilməsi” mövzusunda Qarabağ Regional Ədliyyə İdarəsi tərəfindən rəisi Fariz Şirinovun rəhbərliyi ilə 16.09.2026-cı il tarixlində keçirilən videoseminarda geniş müzakirə edilib ; "Bələdiyyə binasının xüsusi lövhələri haqqında" Təlimat - 6-cı Qərarla təsdiq edilib. Sənəddə Bələdiyyə binasının çölündə və içərisində xüsusi lövhənin tərtibatı, yerləşdirilməsi və yenilənməsi, Xüsusi lövhədə informasiyanın yerləşdirilməsi və yenilənməsi, əhali üçün elanların verilməsi və məlumatların açıqlanması ilə bağlı münasibətlər tənzimlənib; Bələdiyyənin müqavilə Qaydaları - 7-ci Qərarla təsdiq edilib. Sənəddə Bələdiyyənin bağladığı müqavilələrin daxili nümunəvi formanın hazırlanması və təsdiqi, ona dəyişiklik, formadan kənaraçıxma, müqavilələrin hüquqi və maliyyə-mühasibatlıq ekspertizası, ekspertiza nəticələrinin rəsmiləşdirilməsi, müqavilənin Bələdiyyə iclasında müzakirəsi və təqdim edilməsi məsələləri ilə bağlı münasibətlər tənzimlənib.

Mərkəzi və ərazisi Nizamnaməsinin 1.5-ci bəndinə əsasən Bələdiyyənin mərkəzi Füzuli rayonunun Alxanlı kəndi olmuşdur.

"Bələdiyyə əraziləri və torpaqları haqqında" Qanuna əsasən həmin Bələdiyyənin ərazisinə aşağıdakı aiddir: Bələdiyyənin adıVÖENBələdiyyə ödəyicisi üçün veegi koduBələdiyyənin statistik koduƏrazisi (km²)İnzibati ərazi dairəsinin adıİƏD statistik koduİnzibati ərazi vahidinin adıİƏV statistik koduFüzuli rayonunun Alxanlı bələdiyyəsi750012138175016062400740.76Alxanlı kənd iəd60624005Alxanlı kəndi60624018

Əhali və təsərrüfat sayı Bələdiyyənin məlumatına görə 2025-ci il yanvar ayı üçün Bələdiyyə ərazisində 1150 ev təsərrüfatı fəaliyyət göstərməklə, 4580 nəfər yaşayır.

Bələdiyyə sədrləri +NoSoyadı, adı, atasının adıBaşlama tarixiBitmə tarixi 1. 1999 2004 2. 2004 2009 3. 2009 2014 4. 2014 2019 5. Bayramov Sənan Sübahan oğlu 2019 2024 6. Əliyev Naib Nazim oğlu 2024 indi

İstinadlar

Kateqoriya:Füzuli rayonunun bələdiyyələri Kateqoriya:1999-cu ildə Azərbaycanda yaradılan bələdiyyələr