Şükürbəyli bələdiyyəsi — Azərbaycan Respublikasının Füzuli rayonunda 1999- 2024-cü illərdə fəaliyyət göstərmiş bələdiyyə.

Tarixi 07.12.1999-cu il tarixli 771-IQ nömrəli "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Qanunun ilkin versiyasının "Füzuli rayonu" bölməsinə əsasən yaradılan 18 bələdiyyədən biri də Füzuli rayonunun Şükürbəyli bələdiyyəsi olub.

09.08.2000-ci il tarixli 04 nömrəli Protokolunda təsbit eidlmiş Qərarı ilə Bələdiyyənin ilk Nizamnaməsi qəbul edilib və onun 05.04.2024-cü il tarixli 04 nömrəli Protokolunda təsbit edilmiş 3-cü Qərarı ilə ləğv edilib.

Bu Bələdiyyə 2000-ci ildə "Azərbaycan Respublikasında yerli özünüidarəetmə üzrə Əlaqələndirmə Şuraları haqqında" Əsasnaməyə uyğun olaraq yaradılmış Füzuli rayonu üzrə Bələdiyyələrin Əlaqələndirmə Şurasının üzvülüyünə qəbul edilib.

2003–2020-ci illərdə "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Qanuna əsasən Bələdiyyə üzərində inzibari nəzarəti Ədliyyə Nazirliyi, özünün Bələdiyyələrlə iş mərkəzi (indiki Bələdiyyələrlə iş baş idarəsi) və İmişli Regional Ədliyyə İdarəsi həyata keçirib.

03.05.2005-ci il tarixli 903-IIQ nömrəli Qanunla təsdiq edilmiş "Bələdiyyələrin regional assosiasiyalarının Nümunəvi Əsasnaməsi"nə uyğun olaraq, həmin Bələdiyyə Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının üzvü olmuşdur.

2020–2024-cü illərdə bu Bələdiyyənin fəaliyyətinə inzibati nəzarəti Ədliyyə Nazirliyi, özünün Bələdiyyələrlə iş mərkəzi (indiki Bələdiyyələrlə iş baş idarəsi), Qarabağ Regional Ədliyyə İdarəsi vasitəsilə həyata keçirilirİdarəsi.

05.04.2024-cü il tarixli 04 nömrəli Protokolunda təsbit edilmiş 1-ci Qərarı ilə Bələdiyyənin ikinci Nizmanaməsi qəbul edilib və Füzuli rayonunun Kərimbəyli bələdiyyəsinin 28.04.2025-ci il tarixli 03 nömrəli Protokolunda təsbit edilmiş 3-cü Qərarı ilə ləğv edilib.

18.11.2024-cü il tarixli 50-VIIQ nömrəli Qanunun 18-ci hissəsinə əsasən: "18. Füzuli rayonu üzrə: 18.4. Aşağı Yağlıvənd, Kərimbəyli, Şükürbəyli və Zobucuq bələdiyyələrinin əhatə etdiyi Birinci Zobucuq, İkinci Zobucuq, Üçüncü Zobucuq, Dördüncü Zobucuq, Beşinci Zobucuq qəsəbələrində və Aşağı Yağlıvənd, Kərimbəyli, Şükürbəyli kəndlərində Kərimbəyli bələdiyyəsi" yenidən təşkil edilib.

"Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa Əlavə — "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik edilməsi barədə" 18.11.2024-cü il tarixli 51-VIIQD nömrəli Qanunla təsdiq edilmiş Siyahının "Füzuli rayonu" bölməsində birinci cədvəldə sadalanan 7 bələdiyyənin adı qeyd olunub.

Mərkəzi və ərazisi Nizamnaməsinin 1.5-ci bəndinə əsasən Bələdiyyənin mərkəzi Füzuli rayonunun Şükürbəyli kəndi olmuşdur.

"Bələdiyyə əraziləri və torpaqları haqqında" Qanunun əvvəlki redaksiyasına əsasən həmin Bələdiyyənin ərazisinə aşağıdakılar aid edilib: Bələdiyyənin adıVÖENBələdiyyə ödəyicisi üçün vergi koduBələdiyyənin statistik koduİnzibati ərazi dairəsinin adıİƏD statistik koduİnzibati ərazi vahidinin adıİƏV statistik koduFüzuli rayonunun Şükürbəyli bələdiyyəsi7500119661751760633027Aşağı Seyidəhmədli kənd iəd60633005Şükürbəyli kəndi60633028

İstinadlar

Kateqoriya:Füzuli rayonunun ləğv olunmuş bələdiyyələri Kateqoriya:1999-cu ildə Azərbaycanda yaradılan bələdiyyələr Kateqoriya:2024-cü ildə Azərbaycanda ləğv olunan bələdiyyələr